Qarabağda 10-dan çox erməni hərbçisi xidmət yerindən qaçdı, biri özünü vurdu

29 sentyabr 2017
Qarabağda 10-dan çox erməni hərbçisi xidmət yerindən qaçdı, biri özünü vurdu
Ermənistan silahlı qüvvələrində mövcud olan dözülməz şərait ucbatından hərbi xidmətdən yayınmağa çalışanların sayı artmaqdadır.Virtualaz.org hərbi qaynaqlara istinadən xəbər verir ki, son bir ay ərzində Qarabağda, işğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində hərbi hissəni tərk etmək, xidmət yerinə qayıtmamaq, hərbi xidmətdən yayınmaq məqsədilə özünə qəsd etmək halları xeyli çoxalıb.

Belə ki, avqust ayında təkcə bir hərbi hissədə ondan artıq fərarilik və xidmətdən yayınma hadisəsi qeydə alınıb. Fiziki və mənəvi işgəncələrə məruz qalan Rafael Hakopyan xidmətdən boyun qaçırmaq məqsədilə özünə qəsd edib. Vəzifəyə yeni təyin edilmiş zabit, tağım komandiri Hayk Martirosyan məzuniyyəti bitdikdən sonra hərbi hissəyə qayıtmadığına görə, “xidmət yerini özbaşına tərketmə” maddəsi ilə barəsində cinayət işi açılıb.

Hərbi qulluqçu Tsağir Avakyan üzləşdiyi özbaşınalıq səbəbindən xidmət yerini tərk edib və hazırda onun geri qaytarılması üçün tədbirlər görülür. Zabitlərin söyüş və təhqirlərinə məruz qalaraq xidmət yerini tərk edən Q.Priposyan barəsində də cinayət işi açılıb, barəsində axtarış elan edilib.

Digər hadisə isə Madagizdəki hərbi hissədə baş verib. Kəşfiyyat bölüyünün əsgəri Sergey Mardanyan və əlahiddə tağımın əsgəri İvan Vanesyan da hərbi hissəni özbaşına tərk edərək qaçıblar. Harut Melikyan və Vazgen adlı çavuş zabitlə sövdəşlərək hərbi hissəni tərk edərək Ermənistana qaçmaq istəyiblər. Vazgen Xankəndi nəzarət-buraxılış məntəqəsində hərbi polis tərəfindən saxlanılaraq haupvaxta aparılıb. Gənc əsgər Razmik Qalustyan nizamnamədən kənar münasibətlər zəminində məruz qaldığı təzyiqlərə tab gətirməyərək xidmət yerindən qaçıb.

Başqa bir məlumatda isə bildirilir ki, hərbi hissədəki qanunsuzluqlardan bezən kapitan Aleksandr Xaçatryan da hərbi hissəni icazəsiz tərk edib. Barəsində axtarış elan edilsə də hələ ki, zabiti tapmaq mümkün olmayıb. Maraq doğuran faktlardan biri də odur ki, sosial şəbəkələrdə paylaşmalar edən erməni hərbi qulluqçuların valideynləri övladlarının xidmətin çətinliklərinə, aclığa və səfalətə dözmək məcburiyyətində olduqlarını çəkinmədən dilə gətirirlər.

Sosial şəbəkə istifadəçiləri Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində vəzifəli şəxslərin özbaşınalıqları, nizamnamədən kənar münasibətlər, fiziki təhqirlər, yerlibazlıq nəticəsində mövcud olan psixoloji gərginliyin dözülməz olduğunu da xüsusi qeyd edirlər.

Ermənistanlı valideynlər hərbi kollektivlərdə mövcud olan bu vəziyyətdən ciddi narahat olduqlarını və hər vasitə ilə övladlarını xidmətdən kənarlaşdırmağa çalışdıqlarını artıq gizlətmirlər.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook