Müsavat qarşıdurmaya getmədi, yürüş təxirə salındı

Müsavat Partiyası oktyabrın 21-nə təyin olunan yürüşlə bağlı açıqlama yayıb. Partiyanın mətbuat xidmətindən “Basta”ya təqdim olunan açıqlamada deyilir:
“Bakı şəhəri İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 21-də yürüş keçirmək barədə müraciətinə cavab olaraq, aksiyanın keçirilməsinə qadağa qoyub.
İcra Hakimiyyəti Bakı şəhərində nəqliyyatın sayının artmasını, aksiyanın nəqliyyatın və piyadaların hərəkətinə mane olacağı ehtimalını bəhanə gətirib. İcra Hakimiyyətinin belə cavabı sərbəst toplaşmaq azadlığının formalarından biri olan yürüş və nümayişlərin birdəfəlik qadağan olunması kimi qiymətləndirilməlidir. Bu, ölkə Konstitusiyasının və “Sərbəst Toplaşmaq Azadlığı Haqqında Qanun” un kobud şəkildə pozulmasıdır.
Bu qərar eləcə də ölkə başçısı İlham Əliyevin bu günlərdə mötəbər bir tədbirdə söylədiyi “Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur” fikrinin əsassız olduğunu təsdiqidir. Müxtəlif idman yarışları və digər tədbirlər keçirilərkən nəqliyyatın hərəkətinə günlərlə tətbiq edilən məhdudiyyətlər də sübut edir ki, yürüş qadağası ilə hakimiyyət paytaxt sakinlərinin deyil, özünün antidemokratik maraqlarından çıxış edir, rəqiblərinin siyasi fəaliyyət imkanlarını məhdudlaşdırmaq siyasətini davam etdirir.
Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qərarını qanunsuz və əsassız hesab edir.
Müsavat Partiyası:
– ölkədəki situasiyanı analiz edərək;
– indiki dövrdə razılaşdırılmamış aksiya keçirilməsinin hakimiyyət tərəfindən cəmiyyətdə xofun dərinləşdirilməsi üçün zor tətbiqinə şərait yaradacağını nəzərə alaraq;
– bunun demokratik düşərgənin mənafeyini əks etdirmədiyi qənaətinə gələrək;
oktyabrın 21-də yürüş keçirilməyəcəyini, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizəsini bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdirəcəyini bəyan edir”.
25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı
25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!
25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı
25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı
25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu
25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR
24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?
24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı
24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama
24.04.2018 - MSK üzvləri mükafatlandırılır
24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək
24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO