İcra başçısı vətəndaşı döydürdü - Nizami rayonunda daha bir qalmaqal

20 oktyabr 2017
İcra başçısı vətəndaşı döydürdü - Nizami rayonunda daha bir qalmaqal
Ölkə rəhbərinin məmurlara qarşı dəfələrlə etdiyi sərt xəbərdarlıqlara baxmayaraq qanunsuzluqlar və vətəndaşların incidilməsi ilə bağl mediada hər gün xəbərlər yer alır. Bu dəfə Savash.org olaraq üzərində dayandığımz məlumat isə "oğru elə bağırdı ki" məsəlini xatırladır. Nizami RİH başçısının qanunsuzluqları, vətəndaşlara qarşı saymazyana münasibəti ictimaiyyətə bəllidir. Bu rayon həm də yaşıllıqların məhv edilməsi, vətəndaşların yaşayış şəraitinin, rayon arxitekturasının ziddinə olaraq obyektlərin tikilməsi ilə məşhurdur.
Rayon icra başçısı Arif Qasımovun bu dəfəki əməli ilə bağlı xəbəri isə Savash.org olaraq olduğu kimi diqqətinizə çatdırırıq:
"Nizami rayonunda ağacların kəsilməsinə, qanunsuz ticarət obyektinin tikilməsinə etiraz edən sakin döyülüb. Hadisə Rüstəmov küçəsi 44-də baş verib. Bu barədə saytımıza hadisənin şahidləri xəbər veriblər.
Şahidlərin bildirdiyinə görə, ərazidə hansısa şəxs qeyri-qanuni olaraq ticarət obyekti tiktirmək istəyir. Həmin şəxs yaşıllıqları da məhv edir. Buna etiraz edən sakinlər isə təzyiqlə üzləşirlər. Bu gün sakinlərdən biri etiraz etdiyi üçün ticarət obyekti tikdirmək istəyən şəxsin qoçu dəstələri tərəfindən döyülüb. Mənbə bildirir ki, qanunsuzluqları edən şəxslər Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun adamlarıdır".


Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook