Bakıda dustaq qatarından qaçan avtoritetlərə görə saxlanılanlar var

24 oktyabr 2017
Bakıda dustaq qatarından qaçan avtoritetlərə görə saxlanılanlar var
Bu gün ölkə gündəmini zəbt edən məhbusların qaçışı ilə bağlı yeni məlumat var.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Şirvana aparılan məhbuslar- Etibar Məmmədov və Əli Ağami qaçdığına görə Penitensiar Xidmətdə fəaliyyət göstərən qarovul rəisi və digər 2 əməkdaş barəsində saxlanılma qərarı çıxarılıb.

Belə ki, məhbusların etap edilməsinə cavabdeh olan şəxslər məsuliyyətə cəlb olunublar.

Hazırda qaçan məhbusların axtarışı davam etdirilir.

Məlumata göə, onların yeri də müəyyənləşdirilib və qısa zamanda həbs ediləcəkləri gözlənilir.

Qeyd edək ki, qaçan məhbuslar- 1983-cü il təvəllüdlü Əli Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), 1980-cı il təvəllüdlü Etibar Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunub. Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ötən həftə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında həmin məhbuslar qatardan düşürülən zaman qaçıblar.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook