"Lotu Quli" azadlıqda: Məhkəmə önündə onu anası, həyat yoldaşı və iki uşağı qarşıladı

25 oktyabr 2017
"Lotu Quli" azadlıqda: Məhkəmə önündə onu anası, həyat yoldaşı və iki uşağı qarşıladıOktyabrın 24-də, səhər saat 9-da 22 illik fasiləsiz həbsdən sonra Azərbaycanda 45 yaşlı “qanuni oğru”, kriminal dünyasının haqlı olaraq yeni "birinci şəxsi" adlandırılan Nadir Səlifov azadlığa çıxdı.

Virtualaz.org bildirir ki, bunu “Praymkraym” informasiya agentliyi yazıb.

Agentlik xatırladır ki, “Lotu Quli”nin azad olunacağı barədə aramsız şayiələr hələ avqustda yayılmışdı. Oktyabrın başlanğıcından isə bu anı hər gün gözləyirdilər.

Agentlik bildirir ki, nüfuzlu müşayiətçilər nəzərə alınmazsa, “Lotu Quli”ni qarşılamağa anası, həyat yoldaşı və iki uşağı da gəlmişdilər.

Nadir Səlifov azad olunandan dərhal sonra atasının və bir neçə həftə əvvəl Tbilisidə öldürülmüş avtoritet Elşən Məmmədovun qəbirlərinə baş çəkib.

Agentliyin məlumatına görə, “Lotu Quli” İstanbula köçməyi planlaşdırır. Onun azadlığa çıxması ilə Azərbaycanın və Rusiyanın kriminal dünyasında ən sürətli dəyişikliklər gözlənilir. Çünki öz uzun dustaq həyatı boyunca N.Səlifov ən xarizmalı avtoritetlərdən biri olaraq kriminal aləmdə gedən proseslərə və qüvvələr nisbətinə qeyri-məhdud təsir gücünə malik olub.

Hər necə olsa da, bu gün "bütün ailələrin başçıları" “Lotu Quli”nin timsalında dəstək axtarırlar. İstənilən halda, Rövşən Lənkəranskinin və başqa kriminal avtoritet “Deda Xasan”ın (Aslan Usoyan) faciəli şəkildə həlak olmalarından sonra heç kim post-sovet kriminal aləminin yeni lideri ilə düşmənçilik etmək istəmir.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook