“Nar” şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir

26 oktyabr 2017
“Nar” şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir
Göstərdiyi rabitə xidmətlərini davamlı olaraq təkmilləşdirməklə öz abunəçilərinə sərfəli qiymətlər təklif edən “Nar” şəbəkənin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində apardığı işləri uğurla davam etdirir. Xüsusilə bölgələrdə 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətləri müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz olunub.
Bu barədə şirkətdən Savash.org-un redaksiyasına daxil olan press-relizdə deyilir.
Bildirilir ki, görülən təkmilləşdirmə işlərinin uğurlu nəticəsi kimi, Aran, Lənkəran və Quba-Xaçmaz iqtisadi rayonları üzrə ATM xətlərindən IP texnologiyalı transmissiya xətlərinə keçid baş verib. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) ötən illə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artıb.
Qeyd edək ki, 3G IP texnologiyası istifadəçilərə daha mükəmməl və sürətli verilənlər bazası resurslarından faydalanmaq və daha keyfiyyətli səs xidmətlərindən istifadə imkanları yaradır. Adı çəkilən texnologiya informasiya ötürmə kanallarında genişlənməni, ötürülən və qəbul edilən məlumatın son istifadəçiyə qısa zaman kəsiyində, yüksək keyfiyyətlə çatdırılmasını təmin edir.
Məhz bu texnologiyanın tətbiqi ilə hər bir istifadəçiyə düşən sürət meyarı daha da yüksəlir, informasiyanın paylanması zamanı ortaya çıxa biləcək maneələr aradan qaldırılır və internet resurslarına çıxış imkanlarının istifadəçilər arasında bərabər şəkildə paylanmasına şərait yaradılır. 3G IP təyin edilmiş məlumat dəstini bəlli bir istiqamət üzrə istifadəçilər arasında paylayır. Bu isə, öz növbəsində, abunəçilərin internet üzərindən məlumat bölüşmələri, fərqli məlumat məhsullarının daşınması, məlumatın yüklənməsi və qəbulunun daha şəffaf surətdə həyata keçirilməsinə şərait yaradır.
3G IP texnologiyası sayəsində zəng zamanı “Uğurlu zəng nisbəti” (Call Setup Success Rate) xüsusiyyətinin təkmilləşməsi özünü bariz şəkildə nümayiş etdirir ki, bu da zəng müddətində əlaqənin yaranmasında ola biləcək xəta əmsalını minimuma endirir.
Hazırda “Nar” 3G şəbəkəsinin 94%-i tamamilə müasir IP transmissiya texnologiyası üzərindən xidmət göstərir və bununla da istifadəçilər keyfiyyətli mobil rabitə xidmətlərindən faydalana bilirlər. Bakı və Abşeron yarımadası ərazisində isə 3G mobil şəbəkəsi tam olaraq IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərir.
“Nar” şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.azinternet səhifəsindən öyrənmək olar.
Xəbəriniz olsun

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

16.01.2018 - “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16.01.2018 - Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

Facebook