“Günah İsmayıl Ömərovun qardaşında idi...”

06 noyabr 2017
“Günah İsmayıl Ömərovun qardaşında idi...”
Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı, dələduzluqda təqsirləndirilən Mahir Kərimov istintaqa ifadəsində bütün günahları şəriki, “İctimai” Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovun üzərinə atıb. Hər iki şəxs tikdirdikləri binadan mənzil və obyektləri bir neçə şəxsə sataraq dələduzluq etməkdə ittiham ediliblər. İstintaq dövründə Ə.Ömərov vəfat etdiyi üçün bütün suallara M.Kərimov təkbaşına cavab verməli olub.

“Qafqazinfo” M.Kərimovun istintaqa ifadəsini əldə edib. O, müstəntiqə bildirib ki, sadəcə rəsmi sənədlərlə məsul şəxs olsa da, faktiki heç bir səlahiyyəti olmayıb: “30 ilə yaxın tikinti sahəsində işləmişəm, 1987-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Baş Təmir Tikinti İdarəsində işləyərkən orada taxta sexinin rəisi olan Ələsgər Ömərovla tanış olmuşam. Elə o vaxtdan da dost idik. 2005-ci ildə Ələsgər dedi ki, yüksək mərtəbəli bina tikintisi ilə məşğul olmaq üçün “Fateh-N” adlı şirkət açacaq, mənə də direktor olmağı təklif etdi. Ələsgər dedi ki, başqa bir neçə şirkətin təsisçisi və sədri olduğu üçün burada rəsmi sənədlərdə adı keçə bilməz, ona görə mənim sənəd üzərində imzam olmasını, lakin bütün işləri özünün görəcəyini dedi. Mən də onu çoxdan tanıdığım üçün razılıq verdim. Şirkət təsisçisi Nəsir İsayev, direktor isə mən oldum. 2007-ci ildə Ələsgrəin tapşırığı ilə Nəsir İsayev təsisçilikdən çıxdı, bütün paylarını mənə verdi. Beləliklə, mən həm təsisçi, həm də direktor oldum.

2005-ci ildə Neapol küçəsi 26A ünavnın 11 mərtəbəli, 5 bloklu 290 mənzilli binanın tikintisinə başlandı, özül qazılan andan mənzillər satılmasına start verildi. Satışı birbaşa Ələsgər özü tənzimləyirdi, müştərilərlə görüşürdü, pulu da mənim iştirakım olmadan alırdı. 2010-cu ilə qədər mənzillər 99 faizi satıldı, həmin il binanın tikintisində problemlər yarandı. Çünki müştərilərdən alınan pullar bu binaya deyil, onun yanındakı ikinci binanın tikintisinə xərclənirdi. Buna görə də həmin bina üçün tikinti avadanlıqlarının alınmasında, işçilərin maaşlarının verilməsində çətinlik yarandı. Bu da tikintinin dayandırılmasına gətirib çıxartdı. 2012-ci ildə Ələsgər Ömərov ürəktutmasında vəfat etdi. Bundan sonra mən binanın tikintisini öz gücümə davam etdirməyə çalışdım. Lakin maliyyə imkamlarım məhdud olduğu üçün başa çatdıra bilmədim”.

Qeyd edək ki, M.Kərimov cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun icraatındadır.

Murad Əhməd
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook