Səlim Müslümovdan şikayət: Əlil anası Mehriban Əliyevaya məktub yazdı

06 noyabr 2017
Səlim Müslümovdan şikayət: Əlil anası Mehriban Əliyevaya məktub yazdı
Ucar rayonu Qazyan kənd sakini Qasımova Aygün Əliyusif qızı tərəfindən Savash.org-un elektron ünvanına şikayət məktubu daxil olub. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlanmış məktubu isə həyacansız oxumaq mümkünsüzdür.
17 yaşlı övladının anadangəlmə beyin iflici olduğunu xatırladan şikayətçi qarşılaşdığı haqsızlığı belə təsvir edir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənim anadangəlmə beyin iflici xəstəsi olan 17 yaşlı övladım Qasımova Fatimə Əlövsət qızına əlillik dərəcəsi verilməsindən imtina edib. Səbəb isə göstərilib ki, müalicəsini davam etdirin. Hörmətli Mehriban xanım belə olan halda ümidimiz yalnız sizədir!
Çünki qızım Fatimə anadangəlmə beyin iflici xəstəsidir.O tam hərəkətsizdir, onu mən qucağımda gəzdirirəm, yuyundururam, paltarını geyindirirəm, həttda o danışa da bilmir. Anadan olandan müntəzəm olaraq müalicələr edilsə də sağalmayıb. Bu sağalmaz bir xəstəlikdir. Buna baxmayaraq, Əmək və Əhalinin Sosail Müdafiə Nazirliyinə rüşvət verməyə pulumuz olmadığı üçün qanunsuz olaraq xəstə qızıma əlillik dərəcəsi təyin edilməsindən imtina edildi. Bəlkə də bu dünyada tayı-bərabəri olmayan biabırçılıqdır. Həyat yoldaşım rəhmətə gedib, özüm isə bu xəstəyə qulluq etdiyim üçün işləyə bilmirəm, axı mən hərəkət edə bilməyən belə bir xəstəni evdə tək qoyub işləyə bilmərəm. Həyat yoldaşım rəhmətə gedəndən sonra yetim pulu olaraq ayda 100 manat pul alırıq.O pulun umuduna aclıq-səfalət içində yaşayırıq. Mən birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovu ittiham etmək istəmirəm.Çünki mənim sağalmaz xəstə qızımın problemininazir Səlim Müslümov bilməyə bilər, imtinanı verən həmin nazirliyinin şöbəsidir. Bilirəm ki, əlilliyi pulla təyin edirlər.Adamlar tanıyıram ki, sağlam olsalar da pul verib əlillik dərəcəsi təyin edillib və buna görə dövlətdən hər ay pensiya alırlar.Bizə qarşı edilən bu haqsızlığı Allah da götürməz. 17 il hərəkət edə bilməyən sağalmaz xəstəyə əlillik dərəcəsinin təyinatından imtina edilməsi hansı qanuna uyğundur ?
Hörmətli Mehriban xanım,sizdən çox xahiş edirəm, bu şikayətimi özünüz şəxsən nəzarətə götürəsiniz.
Xəbəriniz olsun

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

16.01.2018 - “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16.01.2018 - Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

Facebook