Eldar Mahmudovun üzünə tüpürdülər

11 noyabr 2017
Eldar Mahmudovun üzünə tüpürdülər
Dünən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov növbəti dəfə dindirilmək üçün çağırıldığı Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsindən çıxanda ləğv edilmiş MTN-dəki qruplaşmanın əməllərindən zərər çəkənlər tərəfindən təhqir olunub.

Virtualaz.org xəbər verir ki, vaxtilə MTN-in xüsusi təyinatlıları tərəfindən döyülən Elmidar Hüseynov və əri Eldar Mahmudovun xüsusi agenti olan “Akula Akif” ləqəbli Akif Mustafayev tərəfindən tora salınaraq həbsə atılan Sevinc Süleymanova adlı qadın keçmiş nazirin qarşısını kəsiblər. Onlar Eldar Mahmudovu güdərək İstintaq İdarəsindən çıxanda söyüblər və təhqir ediblər, habelə üzünə tüpürüblər.

Şikayətçilər danışır ki, onlar E.Mahmudovun qarşısını kəsərək soruşublar: “Necədi ifadə vermək, dindirilmək? 5 ildir bizim həyatımızı məhv edibsən, indi həyat sənin üçün nətəridi? Gəlmisən izahat verməyə?”.

Elmidar Hüseynov deyir ki, E.Mahmudov heç bir cavab verməyib, başını aşağı salıb və cangüdəninin, sürücüsünün müşaiyəti ilə 90 KU 868 dövlət nömrə nişanlı BMW avtomobilinə minərək uzaqlaşıb.

Digər şikayətçi Sevinc Süleymanova isə bunları deyir: “Biz Eldar Mahmudovun qurbanlarıyıq. 5 ildir bizim şikayətimizə əncam çəkilmədi. Eldar Mahmudov saat 13.14-də Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsindən çıxdı. Maşına oturub qaçdı, heç səsini də çıxarmadı. Bax belə, üzbəüz tüpürdük ona. Tüpürdük, söydük, sonra o qaçdı getdi, dalınca da qarğış elədik”.

Xatırladaq ki, virtualaz.org Mahmudovun qruplaşmasından hər iki zərərçəkənin başına gələnlər haqda vaxtilə geniş yazıb.
Xəbəriniz olsun

24.11.2017 - Süleyman Mikayılov Eldar Əzizova görə deputatı döydü - ŞOK TƏFƏRRÜAT

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

Facebook