Heydər Əliyevin, Vəzirovun, Elçibəyin erməni həkimi İrəvanda pis gündə yaşayır

03 yanvar 2015
Heydər Əliyevin, Vəzirovun, Elçibəyin erməni həkimi İrəvanda pis gündə yaşayırƏslən Naxçıvanın Əylis kəndindən olan və hazırda İrəvanda yaşayan 75 yaşlı Varvara Arutyunova Azərbaycan rəhbərləri Əbdürrəhman Vəzirov və Əbülfəz Elçibəyə xidmət göstərdiyini bildirir.
Məlumata görə, uzun müddət İsraildə yaşamış qadın qızının xəstəliyi üzündən Ermənistana yerləşib və 4,5 ildən çoxdur ki, orada qocalar evində yaşayır.

“Mən Bakıda hökumət xəstəxanasında işləmişəm, baş tibb bacısı idim. Çoxsaylı pasiyentlərim arasında Heydər Əliyev, Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy də var idi. Bizim rəhbərimiz tanınmış kardioloq Yevgeni Çazov idi" - deyə Varvara Arutyunova bildirib.

Onun əri Vladimir Arutyunov Bakıda məşhur dərzi olub.

Erməni qadını qocalar evinə yeznəsi yerləşdirib. Yeznə 7 ay evində yaşamış Varvara Arutyunovanı yola verməyib və onu qocalar evinə qovub. Biçarə qadın yenidən İsrailə mühacirət etmək istəyir.
Varvara Arutyunovanın əhvalatı ermənilərin Azərbaycan ksenofobiyası barədə uydurduğu yalanları darmadağın edir. Erməni millətindən olan bu qadın hətta millətçi-demokrat Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycanın hökumət xəstəxanasında işləyib. Özünün dediyi kimi, ona “gözün üstə qaşın var” deyən olmayıb. Amma İrəvanda erməni millətindən olan yeznəsi onu evindən çıxararaq çöllərə salıb (ANS PRESS).
Xəbəriniz olsun

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

Facebook