İranda dəhşətli zəlzələ: azərbaycanlı zəvvarlar zərər çəkibmi?

13 noyabr 2017
İranda dəhşətli zəlzələ: azərbaycanlı zəvvarlar zərər çəkibmi?
İraqdakı zəlzələdə azərbaycanlı zəvvarlardan xəsarət alan yoxdur

Yeraltı təkanlar 7,3 bal gücündə olub və bütün Yaxın Şərq regionunda hiss olunub.

Noyabrın 12-də İran-İraq sərhədində, İraqın Süleymaniyyə əyalətində 10 kilometr dərinlikdə zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ episentrində 7,3 bal gücündə olub. Ancaq zəlzələnin təsiri böyük bir ərazidə hiss olunub. Beynəlxalq Zəlzələ İnstitutunun məlumatına görə, zəlzələ İraq, İran, Türkiyə, Suriya, Küveyt, İordaniya, İsrail, BƏƏ, eləcə də Cənubi Qafqaz regionunda – Azərbaycan, Gürcüstan və Ermənistanda hiss olunub.

Qeyd edək ki, yerli sakinlərin məlumatına görə, yeraltı təkanlar Azərbaycanın cənub regionunda hiss olunub. Hələlik dağıntılarla bağlı məlumat yoxdur.

Artıq təlafat barədə məlumatlar gəlib. İlk məlumatlarda İranda 2, Ərbildə 6 nəfərin öldüyü, İraqda 50-dən çox yaralının olduğu bildirilir. İranın Qəsri Şirin şəhərində də tələfat qeydə alınıb.

Qeyd edək ki, yeraltı təkanlar İraqın Kərbəla şəhərində də hiss olunub. Hazırda Kərbəlada olan "Salam Tour” ziyarət şirkətinin nümayəndəsi Ceyhun Hacıyev bildirdi ki, yeraltı təkanlar Kərbəla şəhərində də hiss olunub. Əhali təlaşla küçələrə qaçıb. Ancaq şəhərdə dağıntı qeydə alınmayıb. Əhali isə uzun illərdir Kərbəlada zəlzələ olmadığını və təlaşın da bu səbəbdən daha çox olduğunu qeyd edib.

Azərbaycandan hazırda İraq ərazisində olan zəvvarlar arasında tələfat və xəsarət alanlar yoxdur. Hazırda azərbaycanlı ərbəin zəvvarlarının böyük bir qismi Kərbəla şəhərindədir, bir qismi isə artıq geriyə qayıtmaq üçün yol açıxıb. Ancaq qruplardan hər hansıda xəsarət haqda məlumat yoxdur.

Hazırda Kərbəlada olan zəvvar Xatun Etibarqızı facebook sosial şəbəkəsində yazıb: "İran və İraq sərhədində baş vermiş 7.2, bəzi məlumatlara görə 7.4 bal zəlzələ Suriya, BƏƏ, Küveyt, İsrail, Türkiyə, İordaniya, Azərbaycan, Ermənistan və Gürcüstanda da hiss olunub. İraqın 8 kəndində dağıntılar var. Episentr Süleymaniyədir. Bizdən narahat olmayın, salamatçılıqdı. Ağa zəvvarına zamindir. Inşallah vətənə sağ-salamat dönərik".
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook