Elxan Məmmədovun pul ayırdığı saytlar "yoxa çıxıb": Baş katib AFFA-nın milyonlarını göyə sovurur

13 noyabr 2017
Elxan Məmmədovun pul ayırdığı saytlar "yoxa çıxıb": Baş katib AFFA-nın milyonlarını göyə sovurur
Ötən il idman mediasına dəstək məqsədilə AFFA yanında Media Komitəsi yaradıldı. Bu komitənin yaradılmasında əsas məqsəd idman mətbuatında araşdırma, təhlil tipli yazıların artması, jurnalistlərin peşəkarlıq səviyyəsinin artması və Azərbaycan futbolunun inkişafına dəstək idi. Ancaq zaman onu göstərdi ki, bu komitə idmanımızın inkişafına yox, bir neçə şəxsin müdafiəsinə və siğortalanmasına hesablanıb.

Adıçəkilən komitənin maliyyə ayırdığı saytlardan bəzilərinin monitorinqini aparıb.

Araşdırma nəticəsində məlum olub ki, komitənin pul ayırdığı saytlardan bəziləri ümumiyyətlə mövcud deyil, bəziləri isə uzun müddətdir ki, yenilənmir.

Komitənin 17 oktyabr tarixində keçirilən iclasının sonunda idarə heyəti nyusport.az və extratime.az saytlarına toplam 4 min manatdan çox pul ayırıb. Ancaq adıçəkilən saytların hər ikisi uzun müddətdir ki, fəaliyyət göstərmir, saytlarının domenlərinin vaxtı bitib. Maraqlıdır ki, bu saytlara maddi yardım olunması və onların layihə keçirəcəkləri ilə bağlı məlumat MK-nın rəsmi press-relizində də qeyd olunub. Belə olan halda ortaya sual çıxır: Görəsən bu komitənin ideya müəllifi Elxan Məmmədov pul ayırdığı saytlara heç bir dəfə də olsun daxil olubmu? Olmayıbsa, bu pulun qaynağı haradır? 4 min manatı havaya atmağın mənası nədir?

Məsələ ilə bağlı adıçəkilən AFFA yanında Media Komitəsinin idarə heyətinin üzvü Mahir Rüstəmli AZXEBER.COM-a deyib ki, press-relizdə yanlışlıq olub və saytın adı newsport.az olmalıdır, digər saytın isə hostinqində dəyişikliklər gedir.

İdman mütəxəssisləri isə hesab edir ki, bu komitə idman mətbuatına dəstək məqsədilə deyil, məhz bir neçə şəxsi müdafiə etmək üçün yaradılıb. Bu adamların başında isə AFFA baş katibi Elxan Məmmədov gəlir. Bu layihə adı dəfələrlə maliyyə qalmaqallarında hallanan Məmmədovun özünü siğorta cəhdidir və komitə də məhz onu müdafiə etmək üçün yaradılıb. Maraqlıdır ki, tanınmış idman jurnalisti, ATV İdman Xəbərlərinin aparıcısı İlkin Xəlilov komitənin saytlara pul paylamasına belə reaksiya verib: "Burada deyəsən pul paylayırlar, nə əladır, növbəti layihəyə qədər mən də bir idman saytı yaradacam".

Onu da qeyd edək ki, məhz Məmmədovun bu layihəsindən sonra onun əleyhinə mediada ifşaedici məlumatlar azalıb. Media Komitəsi həm də jurnalistlərin xarici ölkələrə səfərini təşkil edir. İdman jurnalistləri də maddi asılılığa görə onların çaldığı havanı oynamağa məcburdur. İdman mətbuatında reklam bazarının olmaması, klubların tapşırıq ilə reklam verməsi qələm adamlarını aciz hala salıb, bundan da maksimum faydalanan Elxan Məmmədov və onun komandası olur.

Məmmədovun Azərbaycan futbolu ilə bağlı yarıtmaz siyasəti bununla da yekunlaşmır. "Kəpəz" klubunda yoxlamalar və onun hər kəsə bəlli nəticəsi, baş məşqçi Şahin Diniyev açıqlaması, oyun alqı-satqıları, Rövnəq Abdullayevin qovduğu hakimə yeni vəzifə verməsi də gündəm mövzularındandır və bütün bunlar onu göstərir ki, futbolumuz bu şəxslərdən azad olmayana qədər problemlər də bitməyəcək.

Mövzuya yenidən qayıdacağıq.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook