Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15 noyabr 2017
Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı
Xəbər verdiyimiz kimi, oktyabrın 27-si, səhər saatlarında "Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunmuşdu. Bu hadisə də sərnişinlər arasında ciddi narazılıq yaratmış, mətbuatda da sözügedən məsələ geniş şəkildə işıqlandırılmışdı. "Bakı Metropoliteni”n rəsmiləri hadisənin baş verməsinə səbəb kimi, səhər saat 6-da depodan gələn qataraların qəbulunda gecikmə ilə əlaqələndirilmişdi.

Savash.org unikal.org-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov sözügedən hadisə ilə bağlı qurumun bir sıra vəzifəli şəxslərini cəzalandırıb. Məlumatda qeyd olunur ki, hadisədə bir neçə nəfər günahkar bilinərək, işdən azad olunublar. Bəzilərinə isə töhmət verilib. Hətta vəzifəsindən azad olunanlardan biri "Bakı Metropoliteni”nin yol xidmətinin rəisi Mahmudəli Məcidovdur.

"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev unikal.org-a bildirib ki, metroda baş verən istənilən hadisə araşdırılır:

"Lazım gələrsə, böyük komissiya yaradılır və ciddi araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq günahkarlar məsuliyyətə cəlb edilirlər. İntizam tənbehi, vəzifədən azad edilmə ilə nəticələnə bilər. Çünki biz çox məsuliyyətli bir işlə, sərnişinlərin təhlükəsiz daşınması ilə məşğuluq. Burada səhlənkarlıq, qeyri-peşəkarlıq yolverilməzdir”.
Xəbəriniz olsun

24.11.2017 - Süleyman Mikayılov Eldar Əzizova görə deputatı döydü - ŞOK TƏFƏRRÜAT

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

Facebook