Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17 noyabr 2017
Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)
Bakıda Suraxanı rayonu icra hakimiyyətinin işçiləri tərəfindən evi dağıdılan şəxs özünü doğrayıb.

Azxeber.com xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu ərazisində yaşanıb. Evi uçurulan Elşən Hüseynov Suraxanı rayon icra hakimiyyətinin işçilərinin gözü önündə özünü doğrayıb. O evinin haqsız yerə söküldüyünü və söküntüyə birbaşa Hacıbala Abutalıbovun yaxın adamı olan Vüsal İdris oğlu Cəfərovun başçılıq etdiyini dilə gətirib. Bu şəxsin Suraxanı rayon icra başçısı İlqar Abbasovun da yaxın adamı olduğu bildirilir.

E.Hseynov bildirdi ki, evi qanunsuz uçurulub. İş məhkəmədə olub və qərar verilib ki, həmin torpaq sahəsində nə tikinti, nə də söküntü aparıla bilməz. Məhkəmə qararını isə məmurlar heçə saydılar.

Ötən gün isə Suraxanı rayonu icra hakimiyyətinin işçiləri zorla onun evini söküblər. O, özünün və 7 aylıq hamilə həyat yoldaşının küçədə qaldığını bildirib.

Sosial şəbəkələrdə yayımlanan həmin görüntüləri təqdim edirik:
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook