İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20 noyabr 2017
İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"
Daşkənd vilayətinin Parkent rayonunun icra başçısı Nematulla Abdullaev idarə və qurumların rəhbərlərini, habelə məhəllə ağsaqqallarını kobud formada danlayaraq onları təhqir edib. Buna səbəb onların pambıq yığmağa yetərincə adam göndərməməsi olub.

45 dəqiqə çəkən iclasda icra hakimi düz 126 dəfə toplaşanların ünvanına ağır söyüşlər işlədib. Abdullaev-in özü məsələyə münasibət bildirərkən, söyüş söymədiyini, sadəcə iclas iştirakçılarını danladığını deyib.

Ciddi söhbət

İclasın audioyazısı “Azadlıq Radiosu”nun özbək xidmətinə yol tapıb.

Yazı müəllifi icra hakiminin əvvəlcə tibb birliyinin rəhbəri Gofir Roziboev-i təhqir etdiyini deyib.

«Sən boş vədlər verirsən, lənətə gələsən, (icra hakimi daha kobud ifadələr işlədib - tərc.) bu boyda böyük qurumun rəhbərisən, amma pambığa az adam göndərmisən. Bacarırsan, işlə, bacarmırsan, cəhənnəm ol, get... (bu məqamda da bir neçə söyüş işlədib)», – deyə icra hakimi tibb birliyinin rəhbərini təhqir edib.

Gofir Roziboev icra hakiminə cavabında pambığa 20 nəfər göndərdiyini deyəndə, icra başçısı onu təhqir etməyə davam edir:

«Cəhənnəm ol... (Söyür) Guya sənin 20 adamın nə yığıb? Bura bax, ... (yenə söyür), sənin g... dağıdaram...!», – icra hakimi deyir.

İclasda Nematulla Abdullaev pambıq «pripiskası»na görə Bekabad rayonunun icra hakimi, prokuroru və milis rəisinə cinayət işlərinin açıldığını deyib. İclasın audioyazısını diktofona yazan şəxs AzadlıqRadiosunun özbək xidmətinə bildirib ki, Daşkənd vilayətindəki bəzi rayonların rəhbərlərinə cinayət işinin açılması Parkent rayonunun icra başçısını ciddi narahat edir.

Audioyazı müəllifinin sözlərinə görə, pambıq qərargahında iclasda Abdullaev məhəllə ağsaqqallarını da təhqir edib.

«Beş ton pambıq təhvil verməsəniz, ş..inizi qoparacam, köpək uşağı», – o deyib.

Audioyazı müəllifinin sözlərinə görə, Parkent rayonunun pambıq qərargahında keçirilən iclas bir saatadək davam edib. Nematulla Abdullaev iclas iştirakçılarını təhqir edərək alçaldandan sonra onlara pambıq sahələrinə kifayət qədər adam çıxarmağı, o adamların da günə azı 30 kiloqram məhsul yığmasını əmr edib.

“Sadəcə danlamışam”

“Azadlıq Radiosu”nun özbək xidmətinin müxbirinin suallarına cavab verən icra başçısı Nematulla Abdullaev noyabrın 1-də rayonun pambıq qərargahında yerli qurumların rəhbərləri və məhəllə ağsaqqallarının iştirakıyla iclas keçirdiyini təsdiqləyib. Ancaq o, iclas iştirakçılarını nalayiq sözlərlə təhqir etdiyini danıb.

«Mən həqiqətən də onları pambıq toplama planının yerinə yetirilməsi zamanı yanlış məlumat verdiklərinə görə danlaya bilərdim. Axı pambığa dair yanlış məlumat verilən vaxtlar geridə qalıb. Əgər kimisə təhqir etmişəmsə, qoy həmin adam məni məhkəməyə versin. Məhkəmə qarşısında cavab verməyə hazıram. Heç kimi təhqir etməmişəm və heç kimə hədə-qorxu gəlməmişəm», – icra hakimi radionun müxbirinə deyib.
Xəbəriniz olsun

23.02.2018 - Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

23.02.2018 - Sumqayıtda gənc oğlanı borca görə döyüb diri-diri basdırdılar...

23.02.2018 - “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

22.02.2018 - Azərbaycanın Olimpiadada yeganə təmsilçisi finiş xəttinə çata bilmədi

22.02.2018 - Rəsmi Vaşinqton Rusiyadan silah alan ölkələri sanksiyalarla hədələdi - Xəbərdarlıq

22.02.2018 - “Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma...” - akademikin qatilinin etirafları

Facebook