Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20 noyabr 2017
Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video
Rusiyadan orden alan Nərimanov başçısı Həştərxanda bazar tikdirir - Video

Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb. Bu korrupsiya qalmaqalı artıq uzun müddətdir ki, davam edir.
Savash.org-un Reportyor.org -a istinadən verdiyi məlumatına görə, gözdən əlil insanların şikayət və müraciətləri araşdırılmır, mənzillərdə yaşayanların əlil olub-olmadığı təftiş olunmur.
Bu dəfə də bir qrup gözdən əlil insanlar və yaxınları Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyevin qəbuluna düşmək istəyiblər. Amma yenə də icra başçısı tərəfindən onların üzünə qapı açılmayıb.
II qrup əlil Rəşad Səlimli və onun anası Yeganə Səlimova reportyor.org-a bildiriblər ki, A.Fərzəliyev həmişəki kimi yerində deyildi: “Biz 7 ildir ki, icra başçısının qəbuluna düşə bilmirik. Abidin Fərzəliyevin başı başqa işlərə qarışıqdır.
Onlar deyirlər ki, Həştərxanda dövlət əhəmiyyətli obyekt tikir. Əslində bəllidir, deyilənə görə, o, bu dəqiqə Həştərxanada İlham Əliyev üçün bazar tikdirir. Odur ki, problemimizin həlli üçün Abidin Fərzəliyevlə görüşə bilmədik.
İcra hakimiyyətində oun müavini Şahmar İbadovun və Əlillər Cəmiyyəti sədrinin yanında olduq. Şahmar İbadovun mövqeyi aydındır. Həmişəki cavabı verdilər. Dedi ki, əlillərin problemləri ilə maraqlanmaq onların səlahiyyətində deyil.
Əvvəl siyasi əqidəsinə görə idisə, indi sosial haqlarını tələb edənləri də cəzalandırırlar. Şahmar İbadov o qədər özünə arxayındır ki, deyir bizə nə edə bilərsiniz. Düz deyir, ona nə edə bilərik? Abidin Fərzəliyev öz kefi üçün başqa dövlətdə oturub, Azərbaycandan oğurlayıb ora ytırım qoyur.
Rusiya dövlətindən icra başçısına “Şöhrət” ordeni verilib. Yəni, Rusiyada güclü əlaqəsi var və əlillərin problemləri onu maraqlandrmır”.
Y.Səlimova bildirib ki, icra başçısının və müavininin müxtəlif ərazilərdə firmaları, villaları, obyektləri var: “Şahmar İbadovun Həsən Əliyev küçəsində villası var, Ukraynanın cənubunda taxta-şalban biznesi var. Ordan taxta-şalban materialları gətirib öz tikintilərindən istifadə edir.
Ona görə onun üçün əlil anası faktoru yoxdur. Bu yaxınlarda oğlu Elmir İbadov da maşınla bir nəfəri öldürdü. Amma azadlıqda gəzir. Yəni, hüquq-mühafizə orqanları da onları müdafiə edir. Bizim müraciətlərimizə də o baxımdan əhəmiyyət verilmir. Bundan sonra biz də beynəlxalq aləmə car çəkəcəyik ki, baş verənləri görsünlər”.
Şikayətçi qeyd edib ki, Ş.İbadov keçən qəbulda demişdi ki, həmin binadan qeyri-əlillərə ev verilməsindən prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın xəbəri var:
“Bu binada gömrük işçilərindən, hüquq-mühafizə orqanlarında işləyənlərdən ev alanlar var. Ona görə deməsinlər ki, korrupsiya prioritetdir.
Əgər prioritet olsaydı, bu korrupsiya faktını araşdırardılar. Prokurorluq orqanları istəsəydi araşdırardı ki, mənzillər gözdən əlilərə yoxsa məmurlara verilib. Biz müraciətimizi davam etdirəcəyik və geri çəkilən deyilik, haqlarımızı sona qədər tələb edəcəyik”.
Həmin binanın aşağı 4 mərtəbəsi gözdən əlillər üçün, qalan 8 mərtəbəsinin isə müəyyən güzəştlərlə Nərimanov rayonunun ərazisindəki yataqxanada qeydiyyatda olan və sosial vəziyyətləri çətin olan ailələr üçün nəzərdə tutulub.
Bu bina barəsində deyilənləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilin payızında televiziyada səslənən müsahibələrinin birində “Bu evlərin bir qismi gözdən əlillərə, qalan hissəsi isə Cənab Prezidentin göstərişi ilə başqa adamlara veriləcəkdir” deməklə bir daha dolayısı da olsa təsdiqləmiş olub. Bunlarla yanaşı, güzəştli mənzil almaq istəyənlər üçün korrupsionerlər tərəfindən aşağıdakı təklif və tələblər müəyyənləşdirilib:
• mənzillər tam təmirli və yaşamaq üçün zəruri mebellərlə təmin olunmaqla təklif
olunurdu;
• bazarla müqayisədə mənzillər ucuz qiymətlərə, yəni bina tikintisinin ilkin dövrlərində bir, iki və üç otaqlı mənzillər müvafiq olaraq 20 - 50 min manat
məbləğləri arasında, binanın istismara verilməsi yaxınlaşdıqca isə 70 - 100 min manat məbləğində təklif olunurdu;
• mənzilləri almaq istəyənlərə mənzillərin orderləri 2014-cü ilin fevral ayının 3-10-u arasında, bu müddət keçdikdən sonra isə dəfələrlə qısa müddətdə (yəni uzağı bir ay müddətində) təqdim olunmasına vəd verilirdi;
• təklif olunan məbləğin müvafiq olaraq beş - on min manat məbləği mənzil almaq istəyənlər tərəfindən Məzahir Nəsibova əvvəlcədən beh kimi verilməli, qalan məbləğ isə mənzil almaq istəyənin onlar tərəfindən müəyyənləşdirilmiş ünvanda qeydiyyata alındıqdan (bu halda şəxsiyyət vəsiqəsi də dəyişdirilirdi) və mənzil növbəsinə götürülməsi barədə Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin sərəncamının surəti təqdim edildikdən sonra verilməsi tələb olunurdu.
• mənzil sahibi olmaq istəyən şəxslərin adına mənzil olmamalı;
• qeydiyyatda olduğu ünvandan çıxarılmasına və Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin müəyyənləşdirdiyi ünvanda qeydiyyata alınmasına razı olmalı;
• bizlərdən alınan pulun sənədi mənzilin sənədi ilə birlikdə verilməli idi.
Xəbəriniz olsun

21.02.2018 - Prezident məcburi köçkünlərin müavinətini artırdı

21.02.2018 - “Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - Qatilin ŞOK ETİRAFLARI

21.02.2018 - İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

21.02.2018 - "SOCAR Trading" Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbirini uğurla həyata keçirib - VİDEO

21.02.2018 - Afrinə girmək istəyən Əsədin ordusu niyə geri çəkildi? - "Kreml Ərdoğanın nəbzini yoxlamaq istədi və..."

21.02.2018 - Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var

21.02.2018 - Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat

20.02.2018 - İşlər qarışdı, “Hizbullah” qüvvələri Afrinə girdi: Türkiyə bombalayır

20.02.2018 - Oqtay Gülalıyev KXCP sədrinə facebookdan “atəş açdı”: “Elçibəyin şəkli altında...”

20.02.2018 - İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

20.02.2018 - Arzu Rəhimovun yeni müavinləri kimdir? - Biri icra başçısının qardaşı, digəri sabiq deputat oğludur

20.02.2018 - Ziya Məmmədovun evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü - DİN-dən açıqlama

20.02.2018 - Ziya Bünyadovun qatilindən sensasiyalı açıqlamalar: “İrandan gələn stilist 1 ay bizə qrimlənməyi öyrətdi”

20.02.2018 - Prezident borcların silinməsini təklif edib - Layihə Milli Məclisə göndərildi

20.02.2018 - “Özləri yanıb külə donsünlər!”

20.02.2018 - Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

20.02.2018 - Bakıda restoranda musiqiçilər arasında dava düşdü - Biri xəsətxanalıq oldu

20.02.2018 - İranda xalq ayağa qalxdı – Ordu və yerli sakinlər arasında toqquşma

20.02.2018 - Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar

Facebook