Putin Soçidə Bəşər Əsədlə görüşdü

21 noyabr 2017
Putin Soçidə Bəşər Əsədlə görüşdü
Rusiyanın dövlət başçısı Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

APA-nın verdiyi xəbərə görə, görüş noyabrın 20-də Soçidə baş tutub. Görüşdə bildirilib ki, artıq Suriyada hərbi əməliyyatlar tamamlanmaq üzrədir.

Görüşdə terror probleminin qlobal xarakter daşıdığına işarə edən V. Putin bildirib ki, terrorla mübarizədə tam qələbə üçün hələ çox var. Ancaq Suriyada bu istiqamətdə hərbi əməliyyatlar yekunlaşır.

Putin Suriyanın sülh istəyən dövlətlərlə siyasi əməkdaşlığa hazır olduğunu qeyd edib.

Son illər Suriyada terrorçularla mübarizədə uğurlar əldə edildiyini, ölkənin ərazi bütövlüyü və müstəqilliyini qorumağa müvəffəq olduqlarını vurğulayan Bəşər Əsəd isə bildirib ki, Suriyanın əsas hissəsi terrorçulardan azad edilib: “Həmin yerləri tərk etməyə məcbur olan suriyalılar artıq geri qayıdıb”.

Siyasi inkişaf baxımından Rusiyanın köməyinə ümid etdiyini qeyd edən Əsəd deyib ki, Suriya xalqı artıq geriyə baxmaq istəmir: “Kim bizimlə siyasi əməkdaşlıq qurmaq istəyirsə, onlarla dialoqlar aparmağa hazırıq”.

Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani Suriyadakı vəziyyətlə əlaqədar üçtərəfli görüş keçirəcəklər.
Xəbəriniz olsun

23.02.2018 - Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

23.02.2018 - Sumqayıtda gənc oğlanı borca görə döyüb diri-diri basdırdılar...

23.02.2018 - “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

22.02.2018 - Azərbaycanın Olimpiadada yeganə təmsilçisi finiş xəttinə çata bilmədi

22.02.2018 - Rəsmi Vaşinqton Rusiyadan silah alan ölkələri sanksiyalarla hədələdi - Xəbərdarlıq

22.02.2018 - “Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma...” - akademikin qatilinin etirafları

Facebook