Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

22 noyabr 2017
Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi
Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin Cənablarına
Azərbaycan Respublikası, Bakı şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı və Rusiya Federasiyasının “Dostluq” ordeni ilə
təltif edilmiş Abdin Fərzəliyevin mütəşəkkil korrrupsiyasiyasının
qurbanları – Azərbaycan Respublikasının müxtəlif regionlarında yaşayan
sakinləri tərəfindən

M ü r a c i ə t

Savash.org xəbər verir ki, Anaxeber.az-a yazan Gözdən Əlillər Cəmiyyətinin üzvüləri bildirirlər ki, biz, Azərbaycan Respublikasının vətəndaşları təmsil etdiyiniz dövlətin bizim dövlətlə qarşılıqlı münasibətlərini, xüsusən də Sizin xoşməramlı fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Bu münasibətləri, təmsil etdiyiniz dövlətin beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının qorunması üzrə müsbət fəaliyyətini
nəzərə alaraq, 2012-ci ildən etibarən üz-üzə qaldığımız mütəşəkkil korrupsiya, yüksək səviyyəli məmur özbaşınalığı və s. problemlərimiz və mövcud durumumuz barədə Sizə müraciət etməyə vadar olduq.
Narahatçılığa görə əvvəlcədən üzr istəyirik!
Bildiririk ki, yüksək vəzifəli dövlət məmuru, Prezident sərəncamı ilə təyin edilən – Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan, vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət
sənədlərinə olan inamlarından istifadə etməklə mütəşəkkül korrupsiya və dələduzluğun ideyaçısı, təşkilatçısı və icraçısıdırlar.
Bu şəxslər sosial məsələlərin həlli kimi - “Gözdən əlillərin cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi”ni və “Sosial vəziyyətləri çətin olan ailələrin mənzillə təmin edilməsi”ni əsas götürərək 2012-ci ildən etibarən 160-a yaxın sosial vəziyyətləri çətin olan ailənin mənzillə təmin etmək adı ilə 8 (səkkiz) milyon ABŞ dolları məbləğində pullarımızı mənimsəmişlər.
Baş vermiş korrupsiya və dələduzluq əməlləri “PİRAMİDA” formasında təşkil olunmuş və həmin “PİRAMİDA”nın üzvləri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, Nərimanov Rayon İcra Hakimiyyətinin müvafiq qurumları, Nərimanov Rayon Polis İdarəsinin müvafiq qurumu, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin müvafiq qurumu, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq qurumları.
Yuxarıda adları çəkilən dövlət məmurları olduqca böyük və bağışlanılmaz cinayət hadisəsini həyata keçirmək üçün Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və sənədlərinin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, saxta və qanunsuz dövlət sənədləri hazırlanmaqla Respublikanın müxtəlif bölgələrində yaşayan və gözdən əlil olmayan 160-a yaxın əlil olmayan şəxsi qeyri-qanuni olaraq rəsmi sənədlərdə əlil kimi
göstərməkmişlər. Bununla da hər birimizi qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus yataqxanaya qeydiyyata almışlar və Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə bizim hər birimizi Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qanunsuz sərəncamları ilə əlil kimi
mənzil növbəsinə götürmüşlər.

Bu saxta və qanunsuz dövlət sənədləri yalnız və yalnız kasıb və imkansız ailələrin pullarına sahib olmaq məqsədi daşımışdır.
Bu cinayətkar dövlət məmurlarının bizlərə qarşı korrupsiya və dələduzluq halları tərəfimizdən aşkarlanarkən öz əməllərini ört-basdır etmək, bizim pullarımıza tam sahib olmaq məqsədilə bizlərin adlarına hazırladıqları bütün sənədləri ləğv etmişlər. Bu korrupsionerlər ev vermək üçün bizlərlə birbaşa pul əlaqəsində olan və özlərinin etibarlı adamı Nəsibov Məzahir Dursun oğlunu müvəqqəti sığınacaq üçün Almaniya dövlətinə göndərmişlər (məqsəd: şahidi yox etmək), bizlərə qarşı şər-böhtan kompaniyasına başlamış, bizi bu çirkin məqsədə qulluq edən yüksək səviyyəli dövlət və hüquq-mühafizə orqanlarının məmurlarının hücumlarına məruz qoymuşlar.

Bunların da nəticəsində banklardan kredit götürüb, qohum-əqrabadan borc pul alıb ev sahibi olmaq istərkən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin mütəşəkkül korrupsiya və dələduzluq əməllərinin qurbanına çevrilmiş bizim ailələr acınacaqlı və ağır şəraitlərdə, qohum-əqraba yanında və kirayələrdə yaşayırlar. Acınacaqlı həyat tərzi ilə
sağalmaz xəstəliklərə tutulmuşuq, intihar vəziyyətlərinə çatdırılmışıq, XXI əsrdə hüquqsuz və müdafiəsiz insanlara çevrilmişik. Hətta öz dövlətimizdə vətəndaşlıq qeydiyyatımızı da ləğv etdikləri üçün öz dövlətimizdə diri ikən səsvermə hüququndan, öləriksə dəfn olunmaqdan məhrum olmuşuq. Artıq, əlaqədar dövlət məmurlarının qeyri- sağlam məqsədli fəaliyyətləri nəticəsində korrupsiyanın «qanun», korrupsionerin isə
«ədalətli» hökmdar olmasına səbrimiz çatmır.

Bu göstərilənlər barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə və müvafiq struktur bölmələrinə, deputat blokunun hər bir üzvünə, ali və yüksək səviyyəli müvafiq icra və hüquq-mühafizə orqanlarının rəhbərlərinə, onların müvafiq struktur bölmələrinə, Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinə və İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) və s. olan silsilə müraciətlərimizə, dəfələrlə Prezident Administrasiyasında, Bakı şəhər İcra Hakimiyyətində, Baş Prokurorluqda və digər dövlət qurumlarında qəbullarda olmağımıza, Prezident Administrasiyasının, Baş Prokurorluğun və Milli Məslisin qarşısında keçirdiklərimiz qısamüddətli mədəni piketlərə, 30-a yaxın media qurumlarında üz-üzə qaldığımız problemləri ictimailəşdirməyimizə baxmayaraq, hakimiyyətdə təmsil olunan bu cür dövlət məmurlarının bir-biri ilə sıx korrupsiya əlaqələri olduğu üçün bu günə qədər heç bir tədbir görülməmiş, əksinə qanunsuz əməlləri ilə fəaliyyət göstərən yuxarıda adları çəkilən dövlət məmurlarına yüksək səviyyəli dövlət məmurları tərəfindən şəbəkə halında himayədarlıq edilir, sosial vəziyyətləri çətin olan bizim kimi insanların pulu üzərində baş vermiş dövlət
məmurlarının mütəşəkkül korrupsiya və dələduzluq faktlarına göz yumulur, bunlarla bağlı ictimaiyyəti aldatmağa çalışırlar.

Öz xalqından quldurcasına mənimsədiyi 8 (səkkiz) milyon ABŞ dollar vəsaitin, eyni zamanda öz dövlətində tutduğu vəzifədən istifadə etməklə əldə etdiyi çirkli pulların yuyulması üçün başqa dövlətdə, yəni Rusiya Federasiyasının Həştərxan vilayətində müxtəlif lahiyələr həyata keçirmiş və investisiya qoyuluşları etmiş Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Sizin tərəfinizdən Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilmişdir. Bu halda həmin şəxsin “Dostluq” ordeni ilə təltif olunması nə dərəcədə ədalət anlayışı ilə üstüstə düşür?
Möhtərəm Prezident! Sizlərə böyük inamımız və ehtiyacımız olduğu üçün Sizdən xahiş edirik ki, yuxarıda göstərilən məsələlərə münasibət bildirəsiniz və bizim hüquqlarımızın bərpasına köməklik göstərəsiniz..
Xəbəriniz olsun

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

12.12.2017 - Azərbaycanda ərzaq məhsullarının qiymətləri 17,1% bahalaşıb

12.12.2017 - Fazil Məmmədov vəzifəsini itirməklə can qurtarmayacaq: mülkünə əl qoyuldu

12.12.2017 - Qanlı olayın təfərrüatı: Gəlinini qonşu kişi ilə hamamda tutdu...

12.12.2017 - İcra başçısı müəllimlərə zorla pambıq əkdirir - Neftçalada etiraz

12.12.2017 - Qurban Qurbanov təsdiqlədi - Rəşad Sadıqov U-21-də!

12.12.2017 - Qayınata ərinə xəyanət edən gəlinini başından güllələdi – Bakıda

12.12.2017 - Putin və Ərdoğan Trampın qərarını qınadılar

12.12.2017 - Bakıda zirzəmidən yanmış kişi meyiti tapıldı

12.12.2017 - Nyu-Yorku ayağa qaldıran terrorçu: "Bu Qüdsə görədir..."

12.12.2017 - Ulduzlar dekabrın 11-nə nə vəd edir - FAL

12.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

11.12.2017 - İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."

11.12.2017 - Putin Ərdoğanla danışıqlar üçün Ankaraya gedib

11.12.2017 - Saakaşvili məhkəmə zalından azadlığa buraxıldı

07.12.2017 - Salyandakı tükürpədici qətliamın TƏFƏRRÜATI: manyak-qatil dörd qızını və arvadını necə öldürüb?

07.12.2017 - Ziya Məmmədovun mühafizəçiləri öldürülüb - İzlər kimə aparır?

07.12.2017 - “Qarabağ”ın futbolçusu Çempionlar Liqasının ən yaxşısı seçildi

07.12.2017 - Tramp Yaxın Şərq “bombasının fitilini çəkdi” – fəlakət ssenarisinə start!

Facebook