Süleyman Mikayılov Eldar Əzizova görə deputatı döydü - ŞOK TƏFƏRRÜAT

24 noyabr 2017
Süleyman Mikayılov Eldar Əzizova görə deputatı döydü - ŞOK TƏFƏRRÜAT
Savash.org yerli KİV-ə istinadən xəbər verir ki, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla adıçəkilən rayonun millət vəkili Aydın Hüseynov arasında inisident yaranıb. Belə ki, icra başçısı Süleyman Mikayılov, millət vəkilini rayonun maliyyə işlərinə müdaxilə etməkdə ittiham edib və buna son qoymağı əmr edib. Bundan sonra tərəflər arasında mübahisə böyüyüb və sonunc fiziki müqavimətlə yekunlaşıb.

Daxil olan məlumatda bildirir ki, Süleyman Mikayılov qarşısında aciz qalan deputat bir neçə gün rayona getməkdən belə çəkinib. Bunu da qeyd edək ki, Aydın Hüseynov Səbael rayon icra hakimiyyətinin başçısı Eldar Əzizova yaxın adam kimi təqdim edilir.

Savash.org xatırladır ki, Aydın Hüseynov eyni zamanda Maliyyə Nazirliyinin Səbail rayonu üzrə Xəzinədarlıq İdarəsinin rəisi, hakim Yeni Azərbaycan partiyasının Qaradağ təşkilatının sədridir.

Bildirək ki, 11 saylı Qaradağ Seçki Dairəsindən deputat olmuş və qalmaqallı seçimlə yadda qalan Aydın Hüseynov əvvəllər icra hakimiyyətinin başısı Süleyman Mikayılovun əsas kadrlarından biri hesab edilib. İcra başçısının onun deputat seçilməsində xüsus rolu və fəaliyyətinin olduğu da daxil olan məlumatlar arasındadır. Lakin Eldar Əzizovun Sumqayıtdan sonra Səbael rayonuna icra başçısı təyin olunması Maliyyə Nazirliyinin bu vəzifəli şəxsinin də yolunu məhz həmişə olduğu kimi Qaradağdan yox, Səbaeldən salmasına səbəb olub. Eldar Əzizov icra başçısı təyin edildikdən dərhal sonra təbrik üçün icra hakimiyyətinə gələnlər arasında da Aydın Hüseynov xüsusi yer tutub. İcra başçısının təbriki isə kifayət qədər bahalı olub- avtomobil.

Məlumatlara görə, rəhbər şəxsləri avtomobillə təbirk etmək Aydın Hüseynovun köhnə adətidir və o, daha əvvəl indi münasibətləri gərginləşən Süleyman Mikayılovun da qəbuluna məhz avtomobil açarları ilə gedib. Qaradağ RİH başçısının Aydın Hüseynova fiziki güc tətbiq etməsinin kökündə də onun Eldar Əzizovla xoş münasibətlərinin olduğu bildirilir.
Xəbəriniz olsun

23.06.2018 - Daha bir pambıq zəhərlənməsi: 6 nəfər xəstəxanalıq oldu

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

Facebook