Abdin Fərzəliyev Avropada Azərbaycan əleyhinə etiraz aksiyalarına səbəb oldu – İCRA BAŞÇISI PREZİDENTİN SİYASƏTİNƏ QARŞI...

26 noyabr 2017
Abdin Fərzəliyev Avropada Azərbaycan əleyhinə etiraz aksiyalarına səbəb oldu – İCRA BAŞÇISI PREZİDENTİN SİYASƏTİNƏ QARŞI...
Nərimanov RİH başçısı “eviniz olacaq” adıyla 160 ailəni aldatdı, ortağını Almaniyaya qaçırtdı – 8 milyonluq ittiham

Ölkə mediasında Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin baş rol aldığı müdhiş mənimsəmə olayı ilə bağlı silsilə məqalələr dərc olunub. Bu günlərdə Savash.org-un elektron ünvanına göndərilmiş şikayət məktubunda isə həmin “dələduzluq romanı”nın ilginc təfərrüatlarına işıq salınıb.

Aldadılan şəxslər müxtəlif zamanlarda ölkə rəhbərliyinə, eləcə də müvafiq qurumlara çoxsaylı şikayətlər göndərib, Bakıda etiraz aksiyaları təşkil ediblər. Ümidləri hər yerdən kəsiımiş vətəndaşlar sonuncu belə müraciəti isə Nərimanov RİH başçısı Abdin Fərzəliyevi “Dostluq” ordeniylə təltif etmiş Rusiya Federasiyasının prezidenti Vladimir Putinə ünvanlayıb. İndi isə həmin şəxslər xarici ölkələrdə etiraz aksiyalarına başlayacaqlarını bəyan edirlər.

Beləliklə, həmin məktubu olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq...

Abdin Fərzəliyev Avropada Azərbaycan əleyhinə etiraz aksiyalarına səbəb oldu – İCRA BAŞÇISI PREZİDENTİN SİYASƏTİNƏ QARŞI...Biz, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyevin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az. GƏC) sədri Səmyar Abdullayevin təşkilatçılığı ilə müxtəlif təbəqələrdən olan korrupsiyalaşmış dövlət məmurları tərəfindən vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə olunaraq sosial vəziyyətləri çətin olan (kasıb) ailələrə mənzil verilməsi adı ilə Respublikanın müxtəlif regionlarından olan 160-a yaxın sosial vəziyyətləri çətin olan ailələrin (yəni bizlərin) 8 (səkkiz) milyon manat məbləğində pullarının mənimsənilmişdir.

Bu yuxarıda göstərilən mütəşəkkil korrupsiya, dələduzluq və quldurluğun ideyaçısı, təşkilatçısı, həm də birbaşa icraçısı Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev və Az.GƏC-in sədri Səmyar Abdullayev olmaqla “PİRAMİDA” formasında təşkil olunmuşdur. “PİRAMİDA”nın üzvləri Nərimanov RİH-in müvafiq qurumları, Nərimanov RPİ-in, Az.GƏC-in, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq qurumları və s. olmuşlar. Sosial vəziyyətləri çətin olan insanlardan pulların alınması üçün isə “işbaz” kimi Məzahir Nəsibov adlı şəxs müəyyənləşdirilmişdir. Məzahir Nəsibovun da bu məsələ üzrə 10-a qədər maklerləri olmuşdur.

Əlavə olaraq, onu da nəzərinizə çatdırırıq ki, 28.07.2012-ci il tarixdən etibarən Səmyar Abdullayevin Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə sədrlik səlahiyyətinin bitməsinə baxmayaraq, korrupsiyanın güçünə qanunsuz olaraq fəaliyyət göstərir.

Abdin Fərzəliyev Avropada Azərbaycan əleyhinə etiraz aksiyalarına səbəb oldu – İCRA BAŞÇISI PREZİDENTİN SİYASƏTİNƏ QARŞI...Bu şəxslər sosial vəziyyətləri çətin olan ailələr üzərində korrupsiya və dələduzluq əməllərini həyata keçirmək üçün “Gözdən əlillərin fiziki cəhətdən sağlam insanlardan təcrid edilməməsi və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi” və “Sosial vəziyyətləri çətin olan ailələrin mənzillə təmin edilməsi” adı ilə aşağıda göstərilən tələblər çərçivəsində Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində - F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsini satış kimi alət etmişlər:

mənzil təklifi və almaq üçün müəyyənləşdirilmiş tələblər
• mənzillər tam təmirli və yaşamaq üçün zəruri mebellərlə təmin olunmaqla təklif olunurdu;
• bazarla müqayisədə mənzillər ucuz qiymətlərə, yəni bina tikintisinin ilkin dövrlərində bir, iki və üç otaqlı mənzillər müvafiq olaraq 20 - 50 min manat məbləğləri arasında, binanın istismara verilməsi yaxınlaşdıqca isə 70 - 100 min manat məbləğində təklif olunurdu;
• mənzilləri almaq istəyənlərə mənzillərin orderləri 2014-cü ilin fevral ayının 3-10-u arasında, bu müddət keçdikdən sonra isə qısa müddətdə (yəni uzağı bir ay müddətində) təqdim olunmasına vəd verilirdi;
• təklif olunan məbləğin müvafiq olaraq beş - on min manat məbləği mənzil almaq istəyənlər tərəfindən Məzahir Nəsibova əvvəlcədən beh kimi verilməli, qalan məbləğ isə mənzil almaq istəyənin onlar tərəfindən müəyyənləşdirilmiş ünvanda qeydiyyata alındıqdan (bu halda şəxsiyyət vəsiqəsi də dəyişdirilirdi) və mənzil növbəsinə götürülməsi barədə Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin sərəncamının surəti təqdim edildikdən sonra verilməsi tələb olunurdu;
• mənzil sahibi olmaq istəyən şəxslərin adına mənzil olmamalı;
• qeydiyyatda olduğu ünvandan çıxarılmasına və Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin müəyyənləşdirdiyi ünvanda qeydiyyata alınmasına razı olmalı;
• bizlərdən alınan pulun sənədi mənzilin sənədi ilə birlikdə verilməli idi.


Beləliklə, Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində - F.Yusifov küçəsi, 40 ünvanında tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsini satış kimi alət edərək bizlərdən təqribən 8 (səkkiz) milyon manat məbləğində pul aldılar və bizlərə, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən AGƏC-yə məxsus yataqxanaya qeydiyyata alınmaqla mənzil növbəsinə götürülməyimiz barədə Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin sərəncamının surətini və yeni şəxsiyyət vəsiqəsi verdilər. Bu dövlət sənədləri “işıq sürətilə” – 1- 5 gün ərzində hazırlanırdı. Bizlərdən alınan pulların sənədi mənzilin sənədi ilə birlikdə verilməli olduğu üçün bəzi hallarda pul ödənişinin “sığortası” məqsədi ilə pul verənlə birbaşa pulu alan “makler” arasında borc müqaviləsi də mövcud olmuşdur.

Abdin Fərzəliyev Avropada Azərbaycan əleyhinə etiraz aksiyalarına səbəb oldu – İCRA BAŞÇISI PREZİDENTİN SİYASƏTİNƏ QARŞI...Sonradan bizə məlum olmuşdur ki, Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az.GƏC-in prezidenti Səmyar Abdullayevin təşkilatçılığı və birbaşa icraçılığı ilə müxtəlif təbəqələrdən olan vəzifə sahiblərinin qulluq mövqeyindən sui-istifadə edilərək Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və sənədlərinin tələbləri pozulmaqla saxta dövlət sənədləri hazırlanmış və bizlər qanunsuz olaraq, qeydiyyata alınmış və Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə mənzil növbəsinə götürülmüşük. O cümlədən:

aşkarlanan qanunsuzluqlar:
• respublikanın müxtəlif regionlarından olan 160-a yaxın gözdən əlil olmayan ailə yaşadıqları ünvanlardan qeydiyyatdan çıxarılıb, hətta Az.GƏC-in yataqxanasının yaşayış sahəsi imkan vermədiyi halda yataqxanaya qeydiyyata alınmışdır (bax: Qoşma 1, Cədvəl süt. şəxsiyyət vəsiqəsi);
• 160-a yaxın əlil olmayan hər bir şəxsin mənzil növbəliliyinə götürülməsi üçün Az.GƏC tərəfindən arayışlar (forma №2) tərtib təqdim olunmuşdur;
• kütləvi olaraq bizlərin mənzil növbəliliyinə götürülməyimiz barədə nəinki tələb olunan sənədlər, hətta ərizəmiz olmadan, yalnız yaşayış yeri Az.GƏC-in yataqxanası (ünvan: F.X.Xoyski prospekti, 123A) göstərilən şəxsiyyət vəsiqəsi və Az.GƏC-in tərəfindən tərtib və ev növbəliliyi üçün təqdim olunan arayışların (forma №2) əsasında sərəncamlar verilmişdir (bax: Qoşma 1, Cədvəl süt. RİH-in sərəncamı);
• bizlərin ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməyimiz barədə verilmış sərəncamlarla onun əsaslarını təşkil edən sənədlər arasında ziddiyyətlər mövcud olmuşdur. O cümlədən;
 ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülən vətəndaşlardan 7 il daimi qeydiyyat müddəti tələb olunduğu halda, sərəncamlarda bu müddət nəzərə alınmamışdır (faktiki müddət 1-10 gün olmuşdur);
 ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməyimiz barədə verilmiş sərəncamlardan sonrakı tarixlərdə verilmiş sərəncamların əsası kimi, məmurların özləri tərəfindən kütləvi olaraq sərəncamların mətni ilə ziddiyyət təşkil edən, yəni imtiyazlı mənzil növbəliliyi xarakterli saxta sənədlər hazırlanmışdır;
• bizlərin mənzil növbəliliyinə götürülməyimiz barədə verilmiş qanunsuz sərəncamlardan sonrakı tarixlərdə sərəncamlardan sonrakı tarixlərdə məmurların özləri tərəfindən sərəncamların əsası kimi imtiyazlı mənzil növbəliliyi xarakterli hazırlanan saxta sənədlərdə əlil olmayan 160-a yaxın hər bir şəxs qanunsuz olaraq müxtəlif formalarda əlil kimi göstərilmişdir. Məsələn, nümunə kimi göstərilən Nərimanov RİH başçısı Abdin Fərzəliyevin müraciətinə Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılıq məktubunda Məmmədov Kamran Valeh oğlu – II qrup Qarabağ müharibəsi əlili, Abdulrəhimova Zəmanə Sabir qızı – II qrup Qarabağ müharibəsi əlili, Yusifov Nəbi Məmməd oğlu – III qrup gözdən əlil, Yusifova Şahnaz Qənbər qızı – III qrup gözdən əlil, Hacıyeva Dürdanə Sərdar qızı – III qrup gözdən əlil, Abdullayeva Şövkət Sərhadağa qızı – III qrup gözdən əlil, Quliyeva Ürfət Əhəd qızı – III qrup gözdən əlil, Nağıyeva Sevil Məsim qızı – III qrup gözdən əlil, Müseyibli Rəşad Əlixan oğlu – III qrup gözdən əlil, Əliyev Seyid Rüstəm Mirsalam oğlu – III qrup gözdən əlil, Məsimov Cavanşir Həsən oğlu – III qrup gözdən əlil və s. kimi göstərilmişdir (bax: Qoşma 2 və Qoşma 1- Cədvəl-in müvafiq olaraq 3, 5, 26,30, 56, 67, 64, 68, 82, 100, 101və s sətrləri);
• sərəncamlar 2012-ci ildən etibarən verilməsinə baxmayaraq, mənzil növbəsinə götürülən şəxslərin adına mənzil və yaxud mənzil tikintisi üçün torpaq sahəsinin olmaması barədə arayışlar 2015-ci ilin payızında təqdim olunmuşdur, bəzi hallarda isə təqdim olunmamışdır və s..


Abdin Fərzəliyev Avropada Azərbaycan əleyhinə etiraz aksiyalarına səbəb oldu – İCRA BAŞÇISI PREZİDENTİN SİYASƏTİNƏ QARŞI...Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və Az.GƏC-in sədri Səmyar Abdullayevin mütəşəkkil korrupsiya əməliyyatları tərəfimizdən aşkarlanarkən, onlar özlərinin əməllərinə hüquqi qiymət verilməməsi və Abdin Fərzəliyev özünün və korrupsiyanın gücünün nümayiş etdirmək üçün bizlərə məlumat verilmədən bu barədə hazırlanmış bütün sənədləri, o cümlədən əvvəlki qeydiyyatlarımız bərpa olunmadan vətəndaşlıq qeydiyyatlarımızı ləğv etmiş, ev vermək üçün onlarla birbaşa pul əlaqəsində olan "işbaz"ları Məzahir Nəsibovu onun özünə yaxın bildiyi insanlarla birgə (Məzahir Nəsibovun ailəsi, qayınatasının ailəsi və bu işdə onun maklerlərindən biri Niftəliyev Seycamal Pirzada oğlu, cəmi 9 nəfər) 2016-cı ilin mart ayında yaşamaq üçün Almaniya dövlətinə göndərmişlər.

Bu korrupsiyanın himayədarlarının ¬– hakimiyyətdə şəbəkə halında təmsil olunan yüksək vəzifəli məmurların, Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin çox ciddi səyləri nəticəsində Nərimanov RİH-in başçısı Abidin Fərzəliyev və Az.GƏC-in sədri Səmyar Abdullayev ideoloqu, təşkilatçısı və birbaşa icraçısı olduqları mütəşəkkil korrupsiya və dələduzluq əməllərini, özlərinin "işbaz"ı Məzahir Nəsibovun və onun bu işdə makleri olan Seycamal Niftəliyevin üzərinə yönəltməklə, Məzahir Nəsibovun barəsində 09.07.2016-cı il, Seycamal Niftəliyevin barəsində isə 18.01.2017-ci il tarixlərdə Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2 ci – “Külli miqdarda dələduzluq” maddəsi ilə təqsirli bildirilmiş və istintaq aparılması üçün Nərimanov RPİ-in İstintaq şöbəsinə göndərilmişdir. Əlavə olaraq, 12.07.2016-cı il tarixdə Nəsibov Məzahir Dursun oğlu barəsində Məhkəmə qərarı ilə qiyabi həbs qəti imkan tədbiri seçilmişdir.
Məzahir Nəsibovun Azərbaycana qayıtmaq fikrinə düşməməsi üçün həm də onun Azəbaycandakı mülkiyyətlərini qanunsuz olaraq zəbt etdirmişlər (məqsəd: şahidi yox etmək).


Bu mütəşəkkil korrupsiyaya dələduzluq adı verilərək və həmin dələduzların isə Respublikada olmadığı (qəsdən gətirilmir) nəzərə alınaraq cinayət işi Nərimanov RPİ-də dayandırılmışdır. Nəhayət, Sizlərin bu işə qanuni və obyektiv baxılması tələbinizdən sonra 2017-ci ilin may ayının əvvəllərində bu məsələyə yenidən baxılmaq üçün Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsinə göndərilmişdir.

Hal-hazırda Korrupsiya qarşı mübarizə baş idarəsi tərəfindən yenə də dövlət məmurları tərəfindən planlı və məqsədli şəkildə törədilmiş yuxarıda göstərilən qanunsuzluqlara qiymət verilmir və dövlət məmurlarının mütəşəkkil korrupsiya faktlarına göz yumulur, aparılan istintaq baş vermiş cinayət işinin mahiyyətini əhatə etmir. Belə ki, korrupsioner dövlət məmurlarının və bu işin maklerlərinin əməllərinə hüquqi qiymət verilmir. Bu isə korrupsionerlərin korrupsiya qurbanlarından mənimsədikləri külli miqdarda pullara tam sahib olmasına köməklik məqsədi daşıyır.

Almaniya dövlətinə göndərilən cinayətkarların Azərbaycana gətirilməsi üçün onların 2016-cı ilin aprel ayından etibarən AFR-in Baden – Württemberq zonasında məskunlaşdıqları və onların istifadə etdikləri aşağıdakı telefon nömrələri barəsində Baş Prokurora, Daxili İşlər Nazirinə və Nazirliyin müvafiq qurumlarına məlumat verməyimizə baxmayaraq, bu qurumların fəaliyyətsizliyi (və ya qeyri-sağlam məqsədli fəaliyyəti) nəticəsində bu günədək adları çəkilən cinayətkarlar tutularaq Azərbaycan Respublikasında istintaqa təhvil verilməmişdir.
• Nəsibov Məzahir Dursun oğlunun telefon nömrəsi: +491782481700;
• Niftəliyev Seycamal Pirzada oğlunun telefon nömrəsi: +4915214690733.


Bu qeyri-obyektiv cinayət işinin açılmasında və işin obyektiv araşdırılmamasında məqsəd həm də, dövlət və qeyri-dövlət məmurlarının mütəşəkkil korrupsiya və dələduzluq fəaliyyətlərini əlaqədar dövlət orqanlarından və geniş ictimaiyyətdən gizlətməkdir. Hal-hazırda da bu məqsədlə sadəcə olaraq vaxtın uzadılmasına çalışırlar. Bu isə milyonlarla manat məbləğində birbaşa zərər vurulmuş bizlərin və bu məsələdən məlumatı olan şəxslərin dövlət orqanlarına olan inamını heçə endirir.

Bununla da bu günə qədər:
• Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az.GƏC-in sədri Səmyar Abdullayevin təşkilatçılığı ilə həyata keçirilən mütəşəkkil korrupsiya və dələduzluq nəticəsində əlimizdən alınan 8 (səkkiz) milyon manat pulumuzun qaytarılmasından “həyasızcasına” imtina edilir;
• hakimiyyətdə təmsil olunan məmurlar şəbəkə halında birləşərək korrupsiya və məmur dələduzluğunu inkar edirlər;
• prokurorluq bu faktlar üzrə araşdırma aparmır;
• polis korrupsiya qurbanlarını təhdid edir, korrupsioner və dələduz məmurları qoruyur;
• korrupsioner və dələduz məmurlar korrupsiya qurbanları barədə içtimaiyyətdə mənfi rəy, «yaramaz obraz» formalaşdırır;
• korrupsiya «qanun», korrupsioner «ədalətli» hökmdardır;
• korrupsiya qurbanları acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulur, intihar vəziyyətinə çatdırılır və s. korrupsionerlərin naminə həyatla vidalaşır.
Bu qeyd olunanlarla əlaqədar sual olunur:
 dövlət məmurları tərəfindən 160-a yaxın əlil (o cümlədən gözdən əlil) olmayan insanlara ev verilməsi adı ilə yaşadıqları ünvanlardan qeydiyyatdan çıxarılaraq Az.GƏC-in yataqxanasına qeydiyyata alınması və ev növbəliliyinə götürülməsi və sonradan bu sənədlərin özləri tərəfindən ləğv edilməsi dövlət məmurlarının qanunsuz və saxtakarlığını bir daha təsdiq etmirmi?
 dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla qanunsuz qərarların qəbul edilməsinə təsir edən amil 160-a yaxın ailədən 8 (səkkiz) milyon manat məbləğində pulların mənimsənilməsi, yəni korrupsiya amili deyilmi?
 bütün yuxarıda göstərilən bu və ya bu kimi faktlar 160-a yaxın kasıb ailədən alınan 8 (səkkiz) milyon manat məbləğində pula tam sahib olmaq məqsədi daşımırmı?


Beləliklə, yuxarıda göstərilən cinayətin məqsədi dövlət məmurları və dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında aidiyyatı vəzifəli şəxslər tərəfindən sosial vəziyyətləri çətin olan ailələrin (bizlərin) pullarını mənimsəmək, mahiyyəti isə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həm də həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qnunsuz olaraq 8 (səkkiz) milyon manat məbləğində pulların mənimsənilməsi olmuşdur. Bu baxımdan hesab edirik ki, baş vermiş cinayətin əsas amili korrupsiyadır. Dələduzluq faktları isə korrupsiya nəticəsində baş vermişdir.

Korrupsiya və dələduzluğun subyektləri yuxarıda göstərilən “PİRAMİDA”nın üzvləri, obyekti isə 8 (səkkiz) milyon manat məbləğində pulları mənimsənilən 160-a yaxın ailə olmuşdur.

Dövlət məmurlarının yuxarıda göstərilən qanunsuz hərəkətləri, bu cür qanunsuz hərəkətlərin ört-basdır edilməsində bir-birlərinə yardım edən, şəbəkə halında korrupsiyalaşmış dövlət məmurları barədə tədbirlərin görülməməsi, bizim hüquqlarımızın bərpa olunmamasıa və bizə vurulmuş zərərin ödənilməməsi naminə Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və onun komandası tərəfindən baş vermiş cinayətin mahiyyətinə uyğun cinayət işi başlanılmır, gecikdirmələrə yol verilir. Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin “işbaz”ı Məzahir Nəsibovun tutularaq istintaqa təhvil verilmir.

Bunların da nəticəsində evlərimizi, torpaqlarımızı satıb, banklardan kredit götürüb, qohum-əqrabadan borc pul alıb ev sahibi olmaq istərkən Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az.GƏC-nin sədri Səmyar Abdullayevin mütəşəkkül korrupsiya və dələduzluq əməllərinin qurbanına çevrilmiş bizim ailələr acınacaqlı və ağır şəraitlərdə, qohum-əqraba yanında, kirayələrdə yaşayır, acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulmuşuq, intihar vəziyyətlərinə çatdırılmışıq, XXI əsrdə hüquqsuz və müdafiəsiz insanlara çevrilmişik. Hətta öz dövlətimizdə vətəndaşlıq qeydiyyatımızı da ləğv etdikləri üçün öz dövlətimizdə diri ikən səsvermə hüququndan, öləriksə dəfn olunmaqdan məhrum olmuşuq. Artıq, əlaqədar dövlət məmurlarının qeyri-sağlam məqsədli fəaliyyətləri nəticəsində korrupsiyanın «qanun», korrupsionerin isə «ədalətli» hökmdar olmasına səbrimiz çatmır.

Bu göstərilənlər barədə aşağıda göstərilən ünvanlara 600-dən çox müraciətlərimizə baxmayaraq, hakimiyyətdə təmsil olunan dövlət məmurlarının bir-biri ilə sıx əlaqələri olduğu üçün bu günə qədər heç bir tədbir görülməmişdir. Əksinə qanunsuz əməlləri ilə fəaliyyət göstərən yuxarıda adları çəkilən məmurlara yüksək səviyyəli dövlət məmurları tərəfindən şəbəkə halında himayədarlıq edilir, sosial vəziyyətləri çətin olan bizim kimi insanların pulu üzərində baş vermiş dövlət məmurlarının mütəşəkkül korrupsiya və dələduzluq faktlarına göz yumulur, bizlərə qarşı isə şər-böhtan kompaniyası təşkil olunur.

Belə davam edərsə, biz ən azı hüquqlarımızın bərpası, o cümlədən korrupsiyanın bizi saldığı səfil həyatından qurtarmaq üçün Azərbaycanda peşəkar və mütəşəkkil formada korrupsiyalaşmış dövlət məmurlarına qarşı daha geniş məfhumda və miqyasda xarici ölkələrdə etirazımızı davam etdirmək məcburiyyətindəyik.

Orxan
Savash.org



Xəbəriniz olsun

17.12.2017 - Mixail Saakaşvili binanın damına niyə çıxdı? – AÇIQLAMA

15.12.2017 - “Sumqayıt” “Qarabağ”ı Azərbaycan Kuboku yarışlarından kənarlaşdırdı

15.12.2017 - Müsavat başqanı “bandotdel”ə çağırılıb

15.12.2017 - “Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

15.12.2017 - İlham Əliyev Sumqayıta gedib

15.12.2017 - Nadir Emin Ağalarovu yıxdı-sürüdü: Qədr bilən olsaydı, Leyla xanımın...

15.12.2017 - Əməkdar artistin oğlu azadlığa çıxdı

15.12.2017 - Azercell"dən soyğun kimi "rouminq" xidməti - Tanınmış bloggerin başına bu oyunu açdılar

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Saakaşvili: Putin məndən şeytandan qorxduğu kimi qorxur

14.12.2017 - Putin: “Saakaşvilinin etdikləri Ukrayna xalqının üzündə tüpürcəkdir”

14.12.2017 - Bu dərmana görə 2 qurum üz-üzə gəldi - Biri qadağa qoydu, digəri isə...

14.12.2017 - Kamaləddin Heydərovun xalası oğlunun şirkətləri niyə bağlandı?

14.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

14.12.2017 - İcra hakimiyyətinin baş mühasibi tutuldu - Rüşvət alıb sosial yardım düzəldirmiş

14.12.2017 - Müsavat başqanının müavini istefa verdi

14.12.2017 - “Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

Facebook