Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə

26 noyabr 2017
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə
Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə “Nar” yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim etdi. Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər. Beləliklə, Gəncə şəhərindəki “Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazandılar.
Qeyd edək ki, abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün Azərbaycanın müxtəlif bölgələrində yeni 3G və LTE baza stansiyaları quraşdırmaqla şəbəkənin təkmilləşdirilməsi işləri davam etdirilir. “Nar” Bakı şəhəri, Abşeron yarımadası və Gəncə şəhərində xidmət göstərən 4G baza stansiyaları ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook