Qəbiristanlıqda üzərində qəribə işarələr olan fotolar tapıldı – VİDEO

28 noyabr 2017
Qəbiristanlıqda üzərində qəribə işarələr olan fotolar tapıldı – VİDEO
Goranboyun Nadirkənd qəbiristanlığında bir gənc qəribə hadisə ilə üzləşib. Kənd sakini Elnur Səmədov torpaqdan bükülü formada üzəri işarələnmiş iki qadın şəkli və müxtəlif yazılar olan kağızlar tapıb. Din xadimlərindən bunun cadu olduğunu öyrənən vətəndaş şəkillərin kimə aid olduğunu taparaq sahibinə bu barədə məlumat vermək istəyir. Tapılan fotoşəkillərin üzəri qəribə işarələrlə qaralanıb. Kağıza isə ərəb-fars əlifbasına bənzər qrafika ilə müxtəlif yazılar yazılıb.
Bu fotoşəkillər və kağız parçaları bükülərək qəbiristanlıqda torpağa basdırılıb. Elnur Səmədov dünyasını dəyişmiş yaxınının məzarını hazırlayarkən digər qəbirin yanında torpağa basdırılan bükülü tapıb. Bükülünün içindən iki qadın şəkli və üzərində müxtəlif yazılar olan kağızlar çıxıb. Kənd sakini şəkilləri qohum və qonşularına göstərsə də, onları tanıyan olmayıb. O, yazıların oxunması üçün din xadimlərinə müraciət edib, lakin ona bu yazıların bir məna ifadə etmədiyi, bükülünün isə caduya bənzədiyi deyilib.
İndi Elnur Səmədov fotoşəkillərin kimlərə məxsus olduğunu axtarır. Bunun üçün şəkildəki şəxsləri tanıyanlardan ona müraciət etmələrini xahiş edir. /xezerxeber.az
Xəbəriniz olsun

17.12.2017 - Mixail Saakaşvili binanın damına niyə çıxdı? – AÇIQLAMA

15.12.2017 - “Sumqayıt” “Qarabağ”ı Azərbaycan Kuboku yarışlarından kənarlaşdırdı

15.12.2017 - Müsavat başqanı “bandotdel”ə çağırılıb

15.12.2017 - “Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

15.12.2017 - İlham Əliyev Sumqayıta gedib

15.12.2017 - Nadir Emin Ağalarovu yıxdı-sürüdü: Qədr bilən olsaydı, Leyla xanımın...

15.12.2017 - Əməkdar artistin oğlu azadlığa çıxdı

15.12.2017 - Azercell"dən soyğun kimi "rouminq" xidməti - Tanınmış bloggerin başına bu oyunu açdılar

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Saakaşvili: Putin məndən şeytandan qorxduğu kimi qorxur

14.12.2017 - Putin: “Saakaşvilinin etdikləri Ukrayna xalqının üzündə tüpürcəkdir”

14.12.2017 - Bu dərmana görə 2 qurum üz-üzə gəldi - Biri qadağa qoydu, digəri isə...

14.12.2017 - Kamaləddin Heydərovun xalası oğlunun şirkətləri niyə bağlandı?

14.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

14.12.2017 - İcra hakimiyyətinin baş mühasibi tutuldu - Rüşvət alıb sosial yardım düzəldirmiş

14.12.2017 - Müsavat başqanının müavini istefa verdi

14.12.2017 - “Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

Facebook