"Bunu Mahir Mədətovun atasından soruşun" - Qurban Qurbanov

02 dekabr 2017
"Bunu Mahir Mədətovun atasından soruşun" - Qurban Qurbanov
Topaz Premyer Liqasının 14-cü turunda evdə "Neftçi"ni 1:0 hesabıyla məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

"Çox vacib 3 xal qazandıq. Son vaxtlar topla yaxşı davranan rəqibə qarşı oynadıq. Biz də buna görə çalışdıq ki, topla daha çox rəftar edək. Düşünürəm ki, maraqlı oyun oldu. Futbolçularımı təbrik edirəm. Tərlan Əhmədova uğurlar arzulayıram".

- Baş verən son hadisələrə millinin baş məşqçisi kimi münasibətiniz necədir?

- Kənardan asan gələ bilər. Hansısa klubun işinə qarışmaq düzgün çıxmaz. Buna vaxt lazımdır. Ola bilər ki, hamımız çılğın reaksiya verə bilərik. Mənim açıqlama verməyim düzgün olmaz. Bizim futbolda belə şeylər yaxşı hal deyil. Bundan əvvəl də həmişə UEFA-dan xəbərdalıq gəlirdi. Belə bir şey varsa, mütləq yığışdırılmalıdır. Ancaq indiki halda həm o futbolçular, həm də "Neftçi" və "Keşlə" haqda fikir bildirmək düzgün olmazdı. Xaricdə bu, bizə antipatiya yarada bilər.

- Bu kimi hallar "Qarabağ"ın Çempionlar Liqasındakı uğuruna kölgə salır?

- Bu hallar təkcə bizdə yaşanmır. İnsanın zəif yerləri var, bəzən özünü saxlaya bilmir.

- Ansi Aqollinin durumu nə yerdədir?

- O, "Roma" ilə oyunda çıxış edə bilməyəcək. Ümumiyyətlə, onun üçün il başa çatıb. Çox güman ki, müdafiənin mərkəzində Elvin Yunuszadə oynayacaq.

- Son 20-25 dəqiqədə nəzarəti əldən verdiniz. Bu, xüsusi tapşırıq idi?

- Düz qeyd etdiniz. Bir az çətinlik oldu. Məğlub durumda olan hər komanda hücuma atılır. Bu üzdən də Coşqunu meydana buraxdım.

- Mahir Mədətovun xarici klubların diqqətində olması barədə nə deyə bilərsiniz?

- Bu barədə onun atasından soruşun. Məndə bu haqda bir məlumat yoxdur.
Xəbəriniz olsun

21.02.2018 - Prezident məcburi köçkünlərin müavinətini artırdı

21.02.2018 - “Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - Qatilin ŞOK ETİRAFLARI

21.02.2018 - İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

21.02.2018 - "SOCAR Trading" Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbirini uğurla həyata keçirib - VİDEO

21.02.2018 - Afrinə girmək istəyən Əsədin ordusu niyə geri çəkildi? - "Kreml Ərdoğanın nəbzini yoxlamaq istədi və..."

21.02.2018 - Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var

21.02.2018 - Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat

20.02.2018 - İşlər qarışdı, “Hizbullah” qüvvələri Afrinə girdi: Türkiyə bombalayır

20.02.2018 - Oqtay Gülalıyev KXCP sədrinə facebookdan “atəş açdı”: “Elçibəyin şəkli altında...”

20.02.2018 - İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

20.02.2018 - Arzu Rəhimovun yeni müavinləri kimdir? - Biri icra başçısının qardaşı, digəri sabiq deputat oğludur

20.02.2018 - Ziya Məmmədovun evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü - DİN-dən açıqlama

20.02.2018 - Ziya Bünyadovun qatilindən sensasiyalı açıqlamalar: “İrandan gələn stilist 1 ay bizə qrimlənməyi öyrətdi”

20.02.2018 - Prezident borcların silinməsini təklif edib - Layihə Milli Məclisə göndərildi

20.02.2018 - “Özləri yanıb külə donsünlər!”

20.02.2018 - Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

20.02.2018 - Bakıda restoranda musiqiçilər arasında dava düşdü - Biri xəsətxanalıq oldu

20.02.2018 - İranda xalq ayağa qalxdı – Ordu və yerli sakinlər arasında toqquşma

20.02.2018 - Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar

Facebook