Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir

04 dekabr 2017
Füzulidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir
Horadiz şəhərində Heydər Əliyev Mərkəzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev , Təhsil, Səhiyyə, Mədəniyyət sahələrində çalışan gənclər , orta məktəblərin yuxarı sinif şagirdləri , “N” saylı hərbi hissənin əsgərləri , Qarabağ müharibəsi veteranları və ziyalılar iştirak etmişlər.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmışdır. Alı Alıyev bildirmişdir ki, Respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ciddi işlər görülür. Orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil olunur.

Heydər Əliyev Mərkəzində şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu barədə məlumat verilir. Alı Alıyev qeyd edib ki, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin nəticəsidir ki, Füzuli rayonunda həqiqi hərbi xidmətə çağırış yüksək səviyyədə həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, hərbidən yayınma və fərarilik halları mövcud deyil. Alı Alıyev gənclərə ölkəmizi sevməyi , vətənin adını daim uca tutmağı, vətənpərvər gənclər kimi yetişməyi tövsiyyə etmişdir. Digər çıxış edənlər rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında görülən işlərdən , həyata keçirilən tədbirlərdən danışmışlar. Sonda bir qrup gəncə fəxri fərmanlar təqdim edilmişdir.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook