Böhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdi

04 dekabr 2017
Böhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdi
Maliyyə sıxıntıları ilə üzləşən "PalSüd” MMC öz zavodunda məhsullarını quru süddən hazırlamağa başlayıb. Zavod işçilərinin Qaynarinfo-nun əməkdaşına verdiyi məlumata görə, artıq bir neçə həftədir ki, zavod bu addımı atmağa məcbur qalıb.

Təbii süddən imtina edib konservantlardan məhsul hazırlamağın əsas səbəbi zavodun Cənub zonasında olan fermerlərin əksəriyyətinə borclu olması ilə əlaqədardır. Fermerlərlə problem yaşayan "PalSüd” təbii xammal əldə edə bilmədiyindən ucuz və əlçatan varianta uz tutmaqla istehsalatda quru süddən istifadə etməyə başlayıb.

Şirkətin yararsız fəaliyyətindən əziyyət çəkən isə sıravi alıcılar olur. Çünki quru süddən hazırlanmış məhsulla təbii süddən hazırlanmış məhsulun keyfiyyəti xeyli fərqli olur. Təbii süddən hazırlanan məhsulun tərkibində canlı bakteriyalar var, onlar 1, uzağı 2 həftəyə xarab olur, hazırlanan kimi də istehlaka getməlidir. Quru süddən hazırlanan məhsul isə demək olar ki, ölü məhsuldur. Belə süd məhsullarına istifadə müddətini 6 ay, 1 il qoyurlar. Təbii ki, belə məhsullar o qədər keyfiyyətli də deyil. Amma buna baxmayaraq, "PalSüd” belə məhsullarını təbii süddən hazırlanan məhsul adı ilə satır.

Müqayisə üçün deyək ki, Gürcüstanda qanunvericliyə edilən dəyişikliyə əsasən, ölkədə təbii süd tərkibli olmayan məhsulların süd məhsulu kimi, başqa sözlə quru süddən hazırlanmış məhsulların yağ, pendir və s. adı ilə satılmasına qadağa qoyulub. Azərbaycanda isə məhsulun quru süddən hazırlanması ilə bağlı qeyd süd məhsullarının üzərində yazılmır. Bundan istifadə edən "PalSüd” işbazları da istehasalat həcmini azaltmamaq üçün keçiblər "paraşok” südə.

Böhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdiXatırladaq ki, bu ilin yay aylarında "PalSüd” MMC zavodunun əməkdaşları əmək haqlarının ləngiməsinə görə kütləvi etiraz aksiyası keçirmişdilər. Milyarder Mübariz Mənsimovun şirkətlər qrupuna daxil olan zavodun əməkdaşları 1 ilə yaxın bir vaxtda öz halal maaşlarını ala bilmirdilər.

Bundan başqa süd qəbulu məntəqələrinin təxminən 60 əməkdaşı küçələrə çıxaraq bir milyon manat borcun ödənilməsini tələb etmişdilər. Bu pul öz süd məhsullarını zavoda təhvil vermiş fermerlərə ödənilməliydi.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook