Səhər Əhməd yazır: Peyğəmbərin yanı

05 dekabr 2017
Səhər Əhməd yazır: Peyğəmbərin yanı
Biz uşaq olanda Babək ən sevimli qəhrəmanımız idi. Biz məktəbliykən Nəsimini daha çox sevirdik, nəinki onun dərisini soyanları. Və nəhayət, bizimçün Axundov yüz iyirmi dörd min peyğəmbərdən daha haqlıydı. Bəlkə də, bu, bizim uşaqlığımızın yeganə yaxşı tərəfiydi, amma olsun.

İndi yeniyetmələrə Babəki sevməyə, Axundovu, Nəsimini anlamağa mane olan mənasız səbəblər var. İndi onlar Almas Yıldırıma “sənsiz neynim allahı mən, dini mən” misrasına görə az qala nifrət edirlər. Və Babəkin, Nəsiminin, Axundovun, Almas Yıldırımın övladlarının, yəni, bizim balalarımız özünü Əlinin, Hüseynin, Həsənin övladları hesab edirlər. Cihada, intihara, başkəsənliyə aludə olacaq qədər. Məsələ bu qədər ciddi, aradakı uçurum bu qədər dərin, yəni. O qədər dərin ki, hətta bu gün uşaqlar ata-anasını qoyub “peyğəmbərin yanına” gedirlər. Evdə məktub, tövlədə cəsədlərini buraxaraq...

Bəli, filmdə deyildiyi kimi, zalımlar balalarımızı əlimizdən alırlar, cürbəcür təhlükəli oyunlar, qruplaşmalar, təriqətlər. Səbəbin və adın hansı olmasının dəxli yoxdu, nəticə dəhşətlidi.

Ötən illərdə “Suriyada ölmədən öncə” adlı yazımda valideynləri diqqətli olmağa çağırmışdım, “uşaqlarınızı məktəbdən uzaqlaşdırıb məscidə göndərməyin” deyə. Nəticədə xeyli təhdid məktubları almışdım. İndi həmin o qüvvələrə səslənirəm, sizin o qızğınlıqla müdafiə etdiyiniz idealınız uşaq qatilliyinimi təbliğ edir?Niyə sizin sevginiz əsrlərdi qan qoxuyur, ümumiyyətlə peyğəmbərə qurban lazımdırdmı, bilən varmı...
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook