İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."

11 dekabr 2017
İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."
ReAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədov Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovu danışığa dəvət edib.

Savash.org xatırladır ki, bu günlərdə Novruz Məmmədov açıqlamalarının birində İlqar Məmmədovun azadlığa çıxmasında problem olmadığına eyham vurmuşdu: "...qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər".

Savash.org-un xəbərinə görə, ReAl hərəkatının təmsilçilərindən biri Xalid Bağırov özünün feysbuk səhifəsində vicdan məhbusu İlqar Məmmədovun sözügedən fikirlərə münasibətini açıqlayıb:

“Bu gün vəkilim Fuad Ağayev ilə görüşdə Novruz Məmmədovun “danışıqlar” təklifinə baxdıq. Anlaşdıq ki, mənim haqlarımı hakimiyyət tərəfindən tam bərpa edəcək bəraətverici qərarın müqabilində Avropa Şurası Nazirlər Komitəsindən xahiş edə bilərəm ki, Konvensiyanın 46.4 maddəsi ilə əlaqədar Avropa Məhkəməsinə müraciətini geri çağırsın. Bu istiqamətdə qısa, konstruktiv, siyasi söhbətə Novruz Məmmədov razıdırsa, gəlsin danışaq.

İlqar Məmmədov
11.12.2017, 2 saylı Binə CM”
İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."
Xəbəriniz olsun

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi

23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi

23.04.2018 - Serj Sərkisyan istefa verdi: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"

23.04.2018 - Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO

23.04.2018 - Etiraz aksiyaları Yerevanın eyni zamanda bir neçə yerində keçirilir

Facebook