Qurban Qurbanov təsdiqlədi - Rəşad Sadıqov U-21-də!

12 dekabr 2017
Qurban Qurbanov təsdiqlədi - Rəşad Sadıqov U-21-də!
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matça bağlı fikirlərini bildirib:

- Ağır oyun oldu. “Sumqayıt” matça çox yaxşı hazırlaşmışdı. Komandamın yorulduğunu bu gün tam hiss etdim. Bununla belə, futbolçularıma təşəkkür edirəm. Lazım olan anda sürəti artırdılar. Kubok görüşləri fərqlənir. “Sumqayıt” da bunu bizə hiss etdirməyi bacardı. Cavab matçı var. Həmin görüşün daha ağır olacağını təsəvvür edirəm. Az vaxtımız olsa da, futbolçuları həmin qarşılaşmaya hazırlamağa çalışağıq.

- Buraxılan qol sizə problem yarada bilərmi?

- Belə matçlarda səfərdə vurulan qol üstünlükdür. Bundan əlavə, “Sumqayıt” öz meydanında yaxşı oyun göstərir. Səfərdəki matçda əlimizə düşən imkandan istifadə etməyə çalışmalıyıq.

- Aşağı yaş qruplarına məşqçi təyinatları haqda xəbərlər yayılıb. U-21-in baş məşqçisi vəzifəsinə Rəşad Sadıqovun gətiriləcəyi bildirilir. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur. İşlər gedir, dəyişikliklər gözlənilir. Sabah yox, birisigün rəsmi açıqlama ola bilər. İnşallah, dəyişikliklər baş verəcək.

- Rəşad Sadıqovun U-21-ə baş məşqçi təyin olunsa, futbolçu karyerasını bitirəcək?

- Rəşad 1 il də oynamaq düşüncəsində idi, ən azı maya kimi oynamaq istəyirdi. Rəşad bizə meydanda lazımdır. İstərdik ki, meydanda da olsun. Ancaq bu məsələni zamana buraxacağıq. Tam işin içində olduqdan sonra bu haqda qərar veriləcək.
Xəbəriniz olsun

23.01.2018 - Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürüb? - Şok iddiaya cavab

23.01.2018 - Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

23.01.2018 - ABŞ-ın Türkiyə ilə birgə Suriya planı — “Təhlükəsizlik zonası” yaradıla bilər

23.01.2018 - Dağıstan rəhbəri Mahaçqala merinin həbsi haqda

23.01.2018 - Türkiyə Afrin əməliyyatında ilk şəhidini verib

23.01.2018 - Benzinin gömrük rüsumu 200 dəfə, tütünün 2 dəfə artdı - Hökumət qərar verdi

23.01.2018 - “Terrorçulara verdiyiniz silahları toplayın” - Türkiyədən ABŞ-a sərt cavab

22.01.2018 - Ədliyyə Nazirliyində islahatlar: vəzifədən azad olunanlar var

22.01.2018 - Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı - REPORTAJ

22.01.2018 - İtkin düşən alpinistlərdən nə xəbər?

22.01.2018 - Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

21.01.2018 - Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

21.01.2018 - Təhsil nazirinin müavini Vergilər Nazirliyində yüksək vəzifə aldı

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

Facebook