“Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF

14 dekabr 2017
“Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF
Bakıda 2 məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov vəkili ilə görüşüb.

Savash.org-un xəbərinə görə, bu barədə özəl olaraq Trend-ə C.Səmədovun vəkili məlumat verib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində bəzi problemlər yaransa da, saxlanma şəraiti normaldır: "Səhhətində müəyyən problemlər var. Görüş zamanı onunla maraqlandım. İstintaq hələ ki davam edir".

Vəkil qeyd edib ki, C.Səmədovun istintaq dövründə azadlığa buraxılması ilə bağlı müraciət olunmayıb: "Ceyhun Səmədov ağır cinayətdə ittiham olunur. Belə bir maddə ilə onun istintaq dövründə azadlığa buraxılacağına inanmıram. Ona görə də, istintaqın gedişatını gözləyirik. Onun günahının olub-olmaması istintaqın sonunda məlum olacaq".

Vəkil qeyd edib ki, C.Səmədov özünü ittihamlarla qismən təqsirli bilir: "Özü etiraf edir ki, səhlənkarlıq edib. Əgər səhlənkarlıq etməsəydi,, məhbuslar qaça bilməzdilər".

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunub ki, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilmiş, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılmış, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə "Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar"ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.

Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.
Xəbəriniz olsun

23.01.2018 - Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürüb? - Şok iddiaya cavab

23.01.2018 - Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

23.01.2018 - ABŞ-ın Türkiyə ilə birgə Suriya planı — “Təhlükəsizlik zonası” yaradıla bilər

23.01.2018 - Dağıstan rəhbəri Mahaçqala merinin həbsi haqda

23.01.2018 - Türkiyə Afrin əməliyyatında ilk şəhidini verib

23.01.2018 - Benzinin gömrük rüsumu 200 dəfə, tütünün 2 dəfə artdı - Hökumət qərar verdi

23.01.2018 - “Terrorçulara verdiyiniz silahları toplayın” - Türkiyədən ABŞ-a sərt cavab

22.01.2018 - Ədliyyə Nazirliyində islahatlar: vəzifədən azad olunanlar var

22.01.2018 - Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı - REPORTAJ

22.01.2018 - İtkin düşən alpinistlərdən nə xəbər?

22.01.2018 - Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

21.01.2018 - Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

21.01.2018 - Təhsil nazirinin müavini Vergilər Nazirliyində yüksək vəzifə aldı

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

Facebook