İcra hakimiyyətinin baş mühasibi tutuldu - Rüşvət alıb sosial yardım düzəldirmiş

14 dekabr 2017
İcra hakimiyyətinin baş mühasibi tutuldu - Rüşvət alıb sosial yardım düzəldirmiş
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.

Savash.org xəbər verir ki, "ölkə.az"ın əldə etdiyi məlumata görə, Əsədovaya qarşı bir müddət əvvəl rayon polis idarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şikayətçilər isə əsasən ibtidai sinif müəllimləri olub. Qadın müəyyən məbləğ müqabilində ibtidai sinif müəllimlərinə ünvanlı sosial yardım vəd edib, onlar isə qanunsuz gəlir üçün borc götürüblər. K.Əsədova öz qurbanlarını əmin edib ki, arzu edənlər üçün ünvanlı sosial yardım təşkil edə bilər. Belə yardımı almaq istəyənlər isə dərhal tapılıb.

"Onun qurbanlarının çoxu qadınlar, ibtidai sinif müəllimləri olub. Müttəhimin əlbiri ona belə avam və sadəlövh adamları tapmaqda yardım edib. Amma onlar gözlənilən qədər də avam olmadılar və polisə müraciət etdilər”, - Binəqədi RPİ-dən bildiriblər.

Əsədova qadınlara bildirib ki, onun yaxın rəfiqəsi Əmək və Sosial Müdafiə Nazirliyində çalışır və problemsiz onlar üçün ünvanlı sosial yardım təşkil edə bilər, amma bu, müəyyən məbləğə başa gələcək.

"Müəllimlər fırıldaqçıya inanıblar. Halbuki yerli telekanallarda dəfələrlə ünvanlı sosial yardım üçün müraciət edən şəxslərin siyahısının məhdud olması barədə məlumat yayılmışdı. Zərərçəkənlər əlavə gəlir mənbəyi əldə etmək istəyirdilər, bunun üçün hətta Əsədovanın sözlərinə inanaraq müəyyən məbləğ də ödəməyə hazır idilər. Əsədova onlara ünvanlı sosial yardımın Azərbaycanda hələ ən azı iki il də veriləcəyini vəd etmişdi”, - polisdən bildirilib.

Əsədova Məhbubə Kərimovadan (1981-ci il təvəllüdlü) iki min, Gülər Məmmədovadan (1964-cü il təvəllüdlü) – 1,5 min, Yeganə Mustafayevadan (1967-ci il təvəllüdlü) – 800, Gülbəniz Məmmədovadan (1980-ci il təvəllüdlü) isə 500 manat alıb.

Polisdə daha bir maraqlı faktı qeyd ediblər, belə ki, müəllimlərin bəziləri elementar olaraq ərizə yaza bilməyiblər, bu isə onların qeyri-peşəkar olduqlarını sübut edib. Şikayət edənlər arasında hətta sosial yardım almaq üçün borc götürən də var. Fəaliyyətinin qanuni olduğunu göstərmək üçün Əsədova onlardan ünvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərin surətini çıxarmağı da istəyib.

Kəklik Əsədova Binəqədi İH-də rəsmi olaraq 2007-ci ilə qədər çalışıb, daha sonra bu qurumu Binəqədi qəsəbəsində təmsil edib.
Xəbəriniz olsun

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

16.10.2018 - Bakının Nərimanov rayonunda tikinti şirkəti iki evi dağıtdı, vətəndaş dirəyə çıxdı

16.10.2018 - İnam Kərimovun "AĞ QIZIL" YALANI... - Prezident pambıqçılığın inkişafından narazıdır

16.10.2018 - "Modern Hospital”da daha bir dəhşət - Xəstəni səhv müalicə etdilər, ayağı kəsildi

16.10.2018 - "Məhərrəm Əliyev İsa Qəmbəri kabinetdə söyüb" - İqbal Ağazadə

Facebook