“Gilan Holdinq”in gizli oliqarxı – BİLAL HƏSƏNOV

22 dekabr 2017
“Gilan Holdinq”in gizli oliqarxı – BİLAL HƏSƏNOV
Kəmaləddin Heydərovun köməkçilərindən birinin kürəkəni olan Bilal Həsənov “Gilan Holdinq”də fəaliyyətinin nəticəsi olaraq Bakıxanov qəsəbəsində 4 mənzili və 1 villası var. Həmçinin bahalı avtomobillərinin sayını 5-ə çatdırdığı bildirilir…

“Gilan Holdinq”in Qobustan rayonunda fəaliyyət göstərən müəssisələrinin idarəedilməsinə cavabdeh olan Bilal Həsənov barəsində mətbuatda maraqlı məlumatlar dərc olunub. Həmin məlumatları ümumiləşdirərək cumhuriyyet.az bildirilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçilərindən birinin kürəkəni olan Bilal Həsənov “Gilan Holdinq”də fəaliyyətinin nəticəsi olaraq əməlli-başlı oliqarxa çevrilib. Onun dəbdəli villaya, çoxsayı mənzillərə və avtomonillərə sahibləndiyi iddia edilir. Qeyd edilir ki, Bilal Həsənovun təkcə Bakıxanov qəsəbəsində 4 mənzili və 1 villası var. Həmçinin bahalı avtomobillərinin sayını 5-ə çatdırıb.
Bilal Həsənov “Gilan Holdinq”də çalışmaqla özünə də biznes imperiyası qurub. Qobustan rayonunda asfalt zavodu, çörək sexi və daş karxanası açıb. Rayonda 800 hektara yaxın torpaq sahəsi alıb. Həmin ərazidə fermer təsərrüfatı yaradacağı ehtimal edilir. Bilal Həsənovun paytaxtda da bir neçə obyektinin fəaliyyət göstərdiyi bildirilir.
Təbii ki, Bilal Həsənovun biznes fəaliyyətilə məşğul olmasında, sərvət sahibinə çevrilməsində qəbahət yoxdur. Əgər bütün bunlar qanuni baş veribsə. Yayılan məlumatlarda onun hansısa qanunsuzluqlar törətdiyi barədə qeyd yoxdur. Maraqlı məqam isə bundan ibarətdir ki, Bilal Həsənov hansısa səbəbdən sərvətini gizlətməyə çalışır. Daxil olan məlumatlara inansaq, Bilal Həsənov biznesi barədə danışmağı xoşlamır. Hətta bəzi hallarda obyektlərini başqalarının adına çıxır.
Bəzi ehtimallara görə, Bilal Həsənovun biznesi barədə məlumatların yayılmamasına , əmlakını bacardığı qədər gizli saxlamağa çalışması bütün şəxsi biznes əməliyyatlarını “bosslarından” xəbərsiz həyata keçirməsilə əlaqədar ola bilər. Bu isə Bilal Həsənovun “Gilan Holdinq”dəki fəaliyyətinin qaranlıq tərəflərinin olmasına şübhələri artırır.
– Qobustandan Tərtər İcra Hakimiyyətinə uzanan biznes əlaqələri;
– “Gilan”lı biznesmenin “makler”lə birgə qazancı;
– B.Həsənovun qardaşı FHN regional rəisi təyin olunur?…
Bütün bunlar haqda növbəti sayımızda…
Xəbəriniz olsun

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

16.01.2018 - “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16.01.2018 - Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

Facebook