İntihar edilən direktordan nə qədər pul tələb olunub?

22 dekabr 2017
İntihar edilən direktordan nə qədər pul tələb olunub?
Göyçay rayonu 9 saylı məktəbin direktoru Akif Qəribovunintihar məqsədilə damarlarını doğraması ilə bağlı bəzi məqamlar məlum olub.

Hüquq müdafiəçisi Taleh Xasməmmədov "Facebook" səhifəsində paylaşdığı məlumatda bildirib ki, intihara cəhd edən direktordan 20 min manat pul tələb edilib. Tələb edilən pulu verməyəcəyi təqdirdə isə ərizə yazaraq işdən çıxarılacağı bildirilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, həmin gün Göyçay rayonunun Çayarxı kəndində də anoloji hal yaşanıb. Belə ki, həmin gün Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Şamilovdan da küllli miqdarda pul tələb edilib. Bu tələb 50 yaşlı direktorun infarkt keçirməsi ilə nəticələnib. Vəziyyəti pisləşən direktor müayinə üçün Bakıya gətirilib. Lakin Bakıda vəfat edib.

Qeyd edək ki, Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib. APA-nın xəbərinə görə, hadisə dünən axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Qaynar
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook