Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinə zərbə - Ticarətçilərə dəstək

12 yanvar 2018
Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinə zərbə - Ticarətçilərə dəstək
Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

Gələn məlumatlarda yeni nazirin sahibkarlara "yaşıl işıq" yandıracağı əminliklə vurğulanır. Həm də ona görə ki, bu barədə prezident İlham Əliyev dəfələrlə "sahibkarlara normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır" göstərişlərini verib.

Savash.org xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, hətta bu tədbirlər çərçivəsində illərdir "Binə" və "Sədərək" ticarət mərkəzlərində yaşanan kassa aparatları probleminə də nöqtə qoyulacağı söylənilir.

Qeyd edək ki, Vergilər Nazirliyi "Binə" və "Sədərək" ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildə sahibkarlar və Vergilər Nazirliyi rəsmilərinin iştirakı ilə müşavirə keçirilib və onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək "Binə" və "Sədərək"dəki sahibkarlar qeydiyyata alınmalı, mağazalarda kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi.

Lakin problem bugünədək həllini tapmayıb. Məsələ burasındadır ki, "Binə" və "Sədərək" yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərin. Ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən "Binə" və "Sədərək"in rəhbərləri isə onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirdilər.

Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini özü dövlətə ödəməlidir.

2015-ci iin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma "Binə" və "Sədərk" ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər sahibkarları çıxılmaz vəziyyətdə qoydu.

İndi isə bütün ümidlər yeni vergilər naziri Mikayıl Cabbarova dikilib...

Məlumatlara görə, "Binə" və "Sədərk" ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin "Binə" və "Sədərək"lə əlaqədar başlatdığı bu iş sözügedən obyektlərin rəhbərlərin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacaq. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri artıq "Binə" və "Sədərək"in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəyi bildirilir. Bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir...
Xəbəriniz olsun

18.12.2018 - Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT

18.12.2018 - “AZƏRBAYCANIN NİYYƏTİNİ BAŞA DÜŞƏ BİLMİRƏM…” – General Stepanyan

18.12.2018 - “Nar” mətbuat nümayəndələrini bir araya topladı

16.12.2018 - Mübariz haqda status yazan psixoloqdan açıqlama – “Tanış bir erməni xanım var…”

16.12.2018 - Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı, qatilə çevrildi

16.12.2018 - Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”

16.12.2018 - Lukaşenko: “Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?”

16.12.2018 - Deputatla bağlı şok sənədlər yayıldı – Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu – FOTO

15.12.2018 - Deputat sərxoş olub restoranda dava saldı, mühafizə işə qarışıb

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

Facebook