İcra başçısı şikayətçinin yanında “problemi həll edin” göstərişi verir, sonra isə... – Göyçaydan şikayət

15 yanvar 2018
İcra başçısı şikayətçinin yanında “problemi həll edin” göstərişi verir, sonra isə... – Göyçaydan şikayət
Göyçay rayonu Cəyirli kəndi sakini, 1-ci qrup əlil Quliyev Gülağa Əliyar oğlu tərəfindən Savash.org-un elektron ünvanına qarşılaşdığı problemlə bağlı şikayət ərizəsi daxil olub.

Şikayətçi onun və ailəsinə düşən pay torpağın heç bir hüquqi əsas olmadan saxtakarlıqla satıldığını və müvafiq yerli qurumların buna göz yumduğunu iddia edir. Qarşılaşdığı problemlə bağlı mətbuata açıqlama verdikdən sonra Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə tərəfindən qəbul olunduğunu bildirən Gülağa Quliyev bunun da nəticəsiz qaldığını yazır:

“Mətbuatdakı ilk çıxışımdan sonra Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə məni qəbul etdi və yanımda torpaqla təmin edilməyimlə bağlı Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevə göstəriş verdi. Qəbuldan sonra isə bələdiyyə sədri Fuad Nəbiyev mənə dedi ki, icra başçısı sənin yanında gözdən pərdə asmaq üçün belə deyir. O sonra mənə tapşırdı ki, şikayətçi olduğu üçün ona bir qarış da torpaq verilməməlidir”.

Şikayətçi Savash.org-a göndərdiyi şikayət məktubunda başına gətirilən haqsızlığın təfərrüatlarını da xatırladıb: “Mən 18 dekabr 1969-cu il tarixində Göyçay rayonu Cəyirli kəndinə doğulub, bu günə kimi bura da yaşasam da 1998-ci il tarixdə respublikada aparılmış aqrar islahatlar zamanı mənə pay torpağı verilməyib. Ailəm 4 nəfərdən ibarətdir. Heç bir qanuni əsas olmadan mənə pay torpağı verilməmiş, necə deyərlər, bilmədiyim səbəb üzündən bu hüquqdan məhrum edilmişəm. Buna görə Göyçayın icra başçsı Mehdi Səlimzadəyə və Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyrevə dəfələrlə müraciət etsəm də heç bir tədbir görülməmişdir. Mənə gətirilən bahanə isə tam əsassızdır. Bildirirlər ki, həmin illərdə sən Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumusan deyə sənə pay torpağı düşməyib. Bu tam əsassız bir yalan bəhanələrdi ki, bunun heç bir qanunu əsası ola bilməz.Mən həmin vaxt Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumağımla əlaqədar müvəqqəti olaraq Gəncə şəhərində yaşasam da faktiki Göyçay rayonu Cəyirli kəndində daimi qeydiyyatda olmuşam və dərs olmayan günlərdə Göyçay rayonu Cəyirli kəndindəki evimizdə yaşamışam.Həmin vaxtı kəndindən kənarda yaşayan vətəndaşların hamısına pay torpağı verilsə də nədənsə məni bu hüquqdan məhrum ediblər”.

Şikayətçi daha sonra iddia edir ki, Göyçay rayon Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev və onun qardaşı, eyni zamanda Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyev saxtakarlıq yolu ilə torpaqları satıb talayırlar. Onun sözlərinə görə, Nəbiyev qardaşları Cəyirli bələdiyyəsinə məxsus torpaqları qohumlarının adına sənədləşdirərək hətta sözügedən kəndin sakinləri olmayanlara da satıblar.

“Gəlib yerində obyektiv araşdırma aparılarsa subut olunacaq ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev saxtakarlıq yolu ilə yaxın qohumlarının adına bələdiyyə torpaqlarını sənədləşdirib satmaqla məşğuldur.Bu yolla o hektarlarla torpaq sahəsini satıb talan etmişdir.Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev qardaşı Cəyirli kənd icra nümayəndəs Fərhad Nəbiyevlə əlbir olub saxtakarlıqla kəndə məxsus olmuş fermanı da ələ keçirib satıblar”.

Sonda şikayətçi bunları yazır: “Özüm 1-ci qrup əliləm və nə özüm, nə də ailə üzvlərimdən kimsə heç bir yerdə işləmirik, istəyimiz odur ki, torpağımız olsun əkin-biçinlə məşğul olub ailəmizi dolandıraq.Torpaqsız kəndli kor insan kimidir. Ümüd edirəm ki, müraciətim müvafiq qurumları hərəkətə gətirəcək. Mətbuat vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan mənə yardımçı olmalarını xahiş edirəm”.

Orxan
Savash.org
Xəbəriniz olsun

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

13.11.2018 - Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

Facebook