Əbiyevlərin Çexiyadakı mülkləri haqda şok fakt

05 yanvar 2015
Əbiyevlərin Çexiyadakı mülkləri haqda şok faktKeçmiş hərbi nazirin belə qısa zamanda hansı yolla Avropa ölkəsinin vətəndaşlığını əldə etməsi isə ən açıq suallardan biri kim qalır. Lakin gələn xəbərlərdə S.Əbiyevin lap əvvəldən bu ölkə ilə əlaqələrinin olduğu, tez-tez Praqaya gedib-gəldiyi, hətta Çexiyada mal-mülkə sahibləndiyi, biznesini inkişaf etdirdiyi iddia edilir.

Hətta mətbuatda bir müddət əvvəl yayılan məlumatda sabiq nazirin Karlovı-Varı bölgəsində malikanəsi olduğu, o cümlədən bu ölkədə cərahiyyə əməliyyatı olunduğu yazılmışdı.

S.Əbiyevin nazir postundan kənarlaşdırılandan sonra bu ölkəyə daha intensiv səfər etdiyi bildirilir. Bu mənada çex vətəndaşlığını alması bu ölkənin rəsmiləri ilə sıx təmaslardan sonra hər halda çətin olmamalıdır. Eyni zamanda, sabiq nazirin Yeni ili Çexiyada qarşıladığını yazmağımız da Əbiyevlərə yaxın qaynaqlar tərəfindən təkzib edilmir.

***

Axar.az-la adının hallanmasını istəməyən, S.Əbiyevə yaxınlığı ilə tanınan yüksək rütbəli zabit əlaqə saxlayıb. Zabitin verdiyi məlumata görə, eks-nazir həqiqətən Çexiyadadır, orada istirahət edir və Yeni ili bu ölkədə qarşılayıb. Bununla belə, o, Əbiyevin Çexiya vətəndaşı olduğunu təkzib edib və əlavə edib ki, onun bu ölkədə heç bir mülkü yoxdur.

Zabitin son qeydlərini alt-üst edən fakt isə keçmiş ordu rəhbərinin oğlu Murad Əbiyevin adına Çexiyada mülk olması faktıdır (Sənədlə BURADA tanış ola bilərsiniz)

S.Əbiyev haqda yayılan xəbərlərin müzakirəsi fonunda redaksiyamıza bir başqa qaynaqdan göndərilən sənədin skrinşotunda Murad Əbiyevin Çexiyada malikanəsi olduğu göstərilir. Sənədin Praqa Bələdiyyə Məhkəməsi tərəfindən verildiyi qeyd edilib.

Çex saytlarında çıxan məlumatlarda isə Dilarə, İana, Ruslan və Murad Əbiyevlərin adına daşınmaz əmlak çıxır. Eks-nazirin həyat yoldaşının daha əvvəldən Çexiya vətəndaşı olması haqda xəbərlərin yayılması da bu iddiaları gücləndirir.

***
Xüsusilə vurğulayaq ki, Səfər Əbiyev Milli Ordunun sərəncamda olan generalıdır və uzun müddət nazir vəzifəsi daşıyan şəxs olaraq onun ölkəni tərk etməsi və yaxud hansısa ölkənin vətəndaşlığını alması qəti qadağandır. Çünki o, dövlətimiz üçün önəmli olan sirlərə sahib ola bilər və generalın ölkədən getməsi həmçinin onun özünün təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook