Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında

16 yanvar 2018
Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında
Britaniyanın “Telegraph” qəzeti dini etiqad səviyyəsinə görə dünyanın müxtəlif ölkələrinin xəritəsini hazırlayıb.

Aparılan sorğunun nəticələrinə görə, Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasına düşərək, 13-cü yerdə qərarlaşıb.

Sorğuda iştirak edən azərbaycanlıların yalnız 34% -i həqiqətən özlərini dindar hesab etdiklərini bildirib.

Xəritə WIN/Gallup International-ın 2008, 2009 və 2015-ci illərdə keçirdiyi sorğulardan toplanan məlumatlar əsasında tərtib olunub.

Hər bir respondent özünü dindar hesab edib-etmədiyi ilə bağlı sual qısaca “hə” və ya “yox” cavabı verməli olub.

Xəritəyə görə, dini etiqadın ən yüksək səviyyədə olduğu region Afrika və Yaxın Şərqdir. Daha sonra Cənub-Şərqi Asiya və Latın Amerikası bölgəsi gəlir.

Birinci yerdə Efiopiya qərarlaşıb - adı çəkilən Afrika ölkəsində həm müsəlman həm də xristianlardan ibarət olan dindarlar əhalinin 99% -ni təşkil edir. Oxşar göstəricilər Malavi, Niger, Şri-Lanka və Yəməndə qeydə alınıb. Somalidə dindarlar 98%, Əfqanıstanda isə 97% təşkil edir.

Qərbi, Şimali və Mərkəzi Avropada ümumi götürdükdə ateizm üstünlük təşkil etsə də, bu cür fonda Polşanın 86% etiqad səviyyəsi ilə seçilməsi maraq doğurur.

Din bir çox cənubi Avropa ölkələri üçün də böyük önəm kəsb edir. İtalyanların 74 faizi, yunanların isə 71 faizi özlərini dindar hesab edir.

Digər tərəfdən, dini etiqad səviyyəsinin ən aşağı olduğu ölkələr arasında Yaponiya (13%), Estoniya (16%), İsveç (19%), Norveç (21%) və Çexiyanın (23%) adlarını sadalamaq olar, Çin isə 7% faizli göstərici ilə hər birini üstələyir.

Rusiyada əhalinin 70 faizi özünü dindar hesab edir. Ukraynada bu göstərici 73%-ə yaxındır, qonşu Belarusda isə fərq birdən-birə kəskin dəyişir və 34 % təşkil edir. Maraq üçün deyək ki, ABŞ-da dini etiqad səviyyəsi 56 faizdir.(oxu.az)
Xəbəriniz olsun

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

13.08.2018 - Bakıda intiharın qarşısı alındı

13.08.2018 - Fədayə Laçın məhkəmədə DANIŞDI: "Qoca ilə qatarda gizlin..."

13.08.2018 - İlqar Məmmədov azadlıqda: Şəki Apellyasiya məhkəməsi REAL sədri haqda qərar verdi

11.08.2018 - İran Türkiyənin müdafiəsinə qalxdı

11.08.2018 - SOCAR-da yüksək vəzifədə çalışan şəxsin oğlu intihar etdi – Evinin qarajında… – Foto

11.08.2018 - "Azərişıq" ASC şişirdilmiş borc qəbzləriylə bağlı açıqlama yaydı: "Günah kondinsionerlərdədir..."

Facebook