Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

16 yanvar 2018
Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır
Rusiyanın Yaroslavl şəhərinin Kirov rayon məhkəməsi bu gün Azərbaycan vətəndaşının şəhərdən ekstradisiyası barədə işə baxacaq. Məsələ sadə deyil. Onun taleyi ilə indi BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının Rusiya Federasiyasındakı İdarəsinin nümayəndəliyi məşğul olur.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Fərid adlı şəxs doğma bacısına münasibətdə məişət zorakılığına görə izləndildiyi üçün Azərbaycandan qaçıb gizlənməyə məcbur olub. O, bacısına ərinin – Bakıdakı nüfuzlu məmurun əlindən Misirə qaçıb canını qurtarmağa kömək edib. Elə o vaxt da BMT-yə müraciət ünvanlayıb və mandatlı qaçqın statusu alıb.

Elə həmin statusla da Rusiyaya gəlib. Burada Fərid öz gələcək həyat yoldaşı – Yaroslavlda yaşayan RF vətəndaşı ilə tanış olub. Hazırda ailədə iki uşaq böyüyür.

Bacısının əri isə bütün bu vaxt boyunca arvadını, uşaqlarını və Fəridin özünü Azərbaycana qaytarmaq cəhdlərindən əl çəkməyib. Fərid barəsində axtarış da elan edilib: o, Azərbaycandan kənarda ola-ola fiziki olaraq törədə bilməyəcəyi cinayətlərin törədilməsində ittiham edilib və axtarışa verilib.

Fərid Moskvada saxlanılıb və ekstradisiya yoxlaması keçirilən dövr üçün istintaq təcridxanasına yerləşdirilib. RF Baş Prokurorluğu onun Azərbaycana verilməsi barədə qərar çıxarıb. Bu qərardan məhkəmə qaydasında şikayət verilib. Təcridxanada saxlamağın mümkün olduğu son müddət bitdikdən sonra Fərid azad edilib, lakin müəyyən müddətdən sonra RF Ali Məhkəməsi şikayətçinin Azərbaycana təhvil verilməsi ilə bağlı yekun qərar verib.

Hüquqşünaslar BMT-nin İnsan Haqları Komitəsinə şikayət yolladığından təminat xarakterli tədbirlər görülüb. Komitə Rusiya hökumətinə tövsiyə edib ki, onun Azərbaycana ekstradisiyasından çəkinsinlər. Bundan əlavə, İnterpol Fəridin axtarışlarını dayandırıb və onu bu barədə yazılı xəbərdar edib.

Budur, qaçqının həyatında yeni səhifə. İki gün əvvəl o, Yaroslavl polisi tərəfindən saxlanılıb. İti qara saqqalı olan şərq görkəmli kişi qanun keşikçilərinin diqqətini cəlb edib. Məlum olub ki, o, dərman almaq üçün aptekə gedirmiş. Əczaçılıq məhsulunun alıcısının qeydiyyatı olmayıb.

Hazırda Fərid Yaroslavl polisinin şöbələrindən birində saxlanılır. Onun barəsində əcnəbi vətəndaşların RF ərazisində qalma rejiminin pozulması haqqında inzibati material tərtib edilib.

BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının Rusiya Federasiyasındakı İdarəsində hesab edirlər ki, Fəridin ailəsi təhlükə qarşısındadır. Onu ekstradisiya etsələr, nüfuzlu bədxahlarının əlinə keçəcək, rusiyalı arvadı və uşaqları isə onsuz qalacaqlar. Ekstradisiya barədə qərar qəbul edilərsə, o, ən azı 5 il müddətində Rusiyaya qayıda bilməyəcək, ümumiyyətlə, əgər izləyicilərinin əlinə düşəndən sonra o vaxta qədər sağ qalarsa.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook