Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18 yanvar 2018
Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi
Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dövlət bankından milyardlarla dolları talamaq üçün qurduğu sxemin əsas fiqurlarından biri Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Emin Sadiqin yanvarın 13-də Bakıya ekstradisiya olunduğu bildirilir.

İstintaqın versiyasına görə E.Sadiq Cahangir Əsgərovun və Beynəlxalq Bankın işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Xatırladaq ki, bundan əvvəl virtualaz.org Emin Sadiqin işi üzrə bir neçə araşdırma dərc etmişdi. Məlum olmuşdu ki, Cahangir Hacıyev biznesmen Hafiz Məmmədova məxsus “Bahar Energy” şirkətini reyder üsulu ilə ələ keçirdikdən sonra şirkətin faktiki talanmasını Emin Sadiqə həvalə edib.

Həmin vaxta qədər Emin Sadiq BP şirkətində işləmişdi və oradan yol verdiyi xidməti pozuntulara görə qovulmuşdu. Lakin Azərbaycan və Böyük Britaniya vətəndaşı olan Emin Sadiq tezliklə “Bahar Energy” şirkətinə başçılıq etməyə başladı. Təyinatının ilk ayları ərzində şirkətdən bütün mütəxəssisləri işdən azad etdi, öz dostlarını və tanışlarını şirkətə gətirib onlara böyük pullar verməyə başladı. Məsələn, Emin Sadiqin şəxsi katibəsi Ukraynadan olan tanınmış model Ninel Kolomoytseva idi.

Emin Sadiq həmçinin Bakıdakı “Lacoste” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. Həmin mağazalar şəbəkəsini Britaniya vətəndaşlığını alandan sona açmışdı.
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook