“Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18 yanvar 2018
“Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”
Cənubi Koreyanın kriptovalyutaları qadağan etməyə hazırlaşması maliyyə bazarlarını silkələdi

“Bitcoin” kriptovalyutası 9912 dollara düşüb. Bizimyol.info xəbər verir ki, “Bitcoin”in kursu 25,1 faizdən çox dəyər itirib. Xatırladaq ki, “Bitcoin” dekabr ayında 20.000 dolalrdan da yuxarı satılaraq rekord qırmışdı.

İqtisadçı ekspert Vüqar Bayramov Bizimyol.info saytına bildirib ki, Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatların qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. “Bitkoin ilə yanaşı, digər əksər kreptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. 2018-ci ilin geridə qalan günləri kreptovalyutalar üçün də heç də uğurlu olmadı. Son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib” .
İqtisadşı əlavə edir ki, əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kreptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəldi.

“Bitkoindəki köpüklər partlayırmı? Əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, əksər Mərkəzi Bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu zaman tələb edəcək. Blok çeyn üzrə əməliyyatlar ənənəvi bankçılığı tələbi azaldır. Və sadəcə bu kontekstdən də hələlik nə əksər Mərkəzi Banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar. Güman olunur ki, kreptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq. Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ bitkoinləri dəstəkləyərsə o zaman kreptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə, bitkoinlərinin taleyinin necə olmasından asılı olmayaraq yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq” – deyə ekspert bildirib.

Qeyd edək ki, ilin əvvəlindən bitkoin ucuzlaşmağa başlayıb. “Bitcoin”lə bağlı baş verənlər və verilən bəyanatlar bu virtual valyuta növünə qarşı inamsızlıq yayrır. Məsələn, Cənubi Koreya hökuməti bəyan edib ki, ölkə ərazisində bütün kritpovalyutaların, o cümlədən “Bitcoin”in ticarətinə qadağa qoymağa hazırlaşır. Hazırda Cənubi Koreya hökuməti yerli birjalarda virtual valyutalarla ticarəti qadağan edən qanun layihəsi hazırlayır.
ABŞ-da isə kriptovalyutalara daha liberal yanaşırlar və oradakı tənzimləyicilər hətta “Bitcoin” üzrə fyuçers kontraktlarının ticarətinə icazə veriblər. Dekabrın ortalarında verilən bu qərar “Bitcoin” tərəfdarlarında ruh yüksəkliyi yaratsa da, Cənubi Koreya hökumətinin qərarı onların kefinə yenidən soğan doğrayıb.

İsrail Mərkəzi Bankı da bəyan edib ki, heç zaman “Bitcoin” kimi virtual valyutaları real valyuta kimi qəbul etməyəcək və onları yalnız maliyyə aktivi kimi dəyərləndirəcək.
Dünyanın tanınmış milyarderləri də kriptovalyutaların pis nəticələrə səbəb olacağı ilə bağlı açıqlamalar vermişdilər. 80,6 mlrd. dollarlıq sərvəti ilə dünyanın üçüncü ən varlı insanı sayılan Uorren Baffet (Warren Buffet) bitcoinin dəyər istehsal edən rəqəmsal valyuta olmadığını vurğulayaraq ümumilikdə kriptovalyuta bazarını “sabun köpüyü” adlandırıb.
“Bitcoin”in yaradılması konsepsiyası 2008-ci ildə açıqlansa da, bu virtual valyuta son dövrlərdə populyarlıq qazanıb.
Xəbəriniz olsun

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

24.05.2018 - Paşinyan general Movses Akopyanı qovdu

24.05.2018 - Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

24.05.2018 - Gəncə Dövlət Universitetində məzun günü- FOTO

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

23.05.2018 - İbrahimbəyov həbs oluna bilərmi?

23.05.2018 - Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq

23.05.2018 - Avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxartdı - Bakıda dəhşətli hadisə

23.05.2018 - “Qız qaçırma insan oğurluğu deyil” - Deputatdan şok açıqlama

23.05.2018 - “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

23.05.2018 - Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

Facebook