Qurban Qurbanov Fransada iddialı danışdı

27 noyabr 2014
Qurban Qurbanov Fransada iddialı danışdı"Rəqibə hörmət edirəm. "Sent-Etyen"in möhkəm müdafiəsi, yaxşı komanda oyunu və fərdi güclü futbolçuları var. Rəqibimiz nadir hallarda qol buraxır. Bizim üçün çətin olacağını bilirik və həm də matç maraqlı keçəcək".

ANS PRESS-in məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sent-Etyen"lə qarşılaşacaq "Qaradağ"ın çalışdırıcısı bu gün Fransada mətbuat konfransı keçirib. Qurbanovu üstünlyün rəqib tərəfdə olacağını bildirib: "Rəqibin üstünlyü var. "Sent-Etyen" Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq".

Baş məşqçi 1/16 final şanslarından danışıb: "Növbəti mərhələyə çıxmaq üçün bizə nə qədər xal lazım olduğunu bilmirəm. Amma hələ 1/6 finala xal baxımından gücümüz çatmır. Bu, bizim xəyallarımıza mane olur. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Buna da məcburuq".

Qurbanov heyətdəki itkilərin hazırlığa təsir etdiyini deyib: "Bəzi aparıcı futbolçularımız zədəlidi. Əlimdə seçim imkanı azdı. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdu. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaq. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edir və uğur üçün əllərindən gələni edəcəklər".
Xəbəriniz olsun

20.02.2018 - İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

20.02.2018 - Arzu Rəhimovun yeni müavinləri kimdir? - Biri icra başçısının qardaşı, digəri sabiq deputat oğludur

20.02.2018 - Ziya Məmmədovun evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü - DİN-dən açıqlama

20.02.2018 - Ziya Bünyadovun qatilindən sensasiyalı açıqlamalar: “İrandan gələn stilist 1 ay bizə qrimlənməyi öyrətdi”

20.02.2018 - Prezident borcların silinməsini təklif edib - Layihə Milli Məclisə göndərildi

20.02.2018 - “Özləri yanıb külə donsünlər!”

20.02.2018 - Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

20.02.2018 - Bakıda restoranda musiqiçilər arasında dava düşdü - Biri xəsətxanalıq oldu

20.02.2018 - İranda xalq ayağa qalxdı – Ordu və yerli sakinlər arasında toqquşma

20.02.2018 - Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar

19.02.2018 - Maliyyə Nazirliyində nə baş verir?

19.02.2018 - Ramil Usubova qarşı DYP-də müxalifət cəbhəsi: Zeynalovun post, Nuriyevin “cənnət otağı” biznesi

19.02.2018 - Ziya Məmmədovun evi yandı

19.02.2018 - Türkiyə Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizlədi

19.02.2018 - Hakim doqquz futbolçunu meydandan qovdu, oyun dayandı

19.02.2018 - “Karqo Şamil”in obyektlərində əməliyyat - saxlananlar var

19.02.2018 - Ziya Bünyadovun qatili həbsxanada danışdı – sensasion açıqlamalar

19.02.2018 - Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub-FOTO

19.02.2018 - Anar İsa Qəmbərdən gileyləndi: "Niyə demir ki..."

Facebook