ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19 yanvar 2018
ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI
Yanvarın 18-də Almaniyada azərbaycanlı ailə böyük silahlı insidentə səbəb olub.

Lent.az Almaniya mediasına istinadən xəbər verir ki, bu ölkəyə sığınacaq üçün müraciət etmiş azərbaycanlı ailəyə oturum icazə verilmədiyi üçün hüquq-mühafizə orqanları həmin ailəni ölkədən deport etmək barədə qərar qəbul edib.

Ötən gün gecə saat 03:30-da azərbaycanlı ailənin yaşadığı evin qapısını döyən alman polisi onları ölkədən çıxarmaq üçün gəldiklərini bəyan edib. Lakin Almaniyanı tərk etmək istəməyən ailə polisin bu qərarına müqavimət göstərib. Nəticədə böyük insident baş verib. Ailəninin başçısı – evin kişisi onları zorla evdən çıxarmaq istəyən alman polisinin silahını əlindən alıb və onu girov götürüb. Daha sonra o, havaya bir neçə dəfə atəş açıb. Nəticədə hadisə yerinə xüsusi təyinatlı polislər çağırılıb. Xüsusi təyinatlı polislər azərbaycanlı kişinin girov götürdüyü iki nəfəri xilas edə bilib və onu həbs edib.

Lakin hadisələr bununla da yekunlaşmayıb. Bunun ardınca evin xanımı əlinə aldığı bıçaqla özünə ağır xəsarətlər yetirməyə başlayıb. Qadın daha sonra xəstəxanaya çatdırılıb. Polisləri girov götürən azərbaycanlı kişi isə həbs edilib.
Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook