Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

22 yanvar 2018
Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır
Rusiya Federasiyasının Federal Vergilər Xidməti xarici şirkətlərin Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin nizamnamə kapitalında payın alqı-satqısı üzrə bağladığı sövdələşmələrin qanunamüvafiqliyini yoxlayır. Virtualaz.org news.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının təhlükəsizlik və kurrupsiya ilə mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev məlumat verib.

Mənbə xatırladır ki, əvvəllər bu cür xahişlə parlament üzvü Rusiya Federasiyasının istintaq orqanlarına müraciət etmişdi. Onun sözlərinə görə, “Palmali”nin iştirakı ilə vergi cinayətləri barədə “Moskovski komsomolets” nəşrindəki yazıdan sonra xəbər tutub. Həmin yazının müəllifləri iddia edirlər ki, türkiyəli iş adamı Mübariz Mənsimovun əməlləri üzündən Rusiyanın dövlət büdcəsi on milyonlarla dollar vəsait itirib.

Sənədlərə əsasən, 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti “Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş “Palmali Holding Co. Ltd” çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni adamdır-Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd “Deloitte Malta” audit şirkətinin hesabatına əsasən “Palmali” MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasında “Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə “Palmali Holding Co. Ltd”-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı-40 milyon dollar ödənilib. Baxmayaraq ki, “Palmali” MMC-nin səhmlərini “Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz-6.1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44.8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1.22 milyon dollar ödəyib.

Daha öncə bildirdiyimiz kimi, Rusiya Dövlət Dumasının deputatı, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev qalmaqallı azərbaycanlı oliqarx Mübariz Mənsimovun şirkəti barədə faktların araşdırılması üçün İstintaq Komitəsinə sorğu göndərib.
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook