Dağıstan rəhbəri Mahaçqala merinin həbsi haqda

23 yanvar 2018
Dağıstan rəhbəri Mahaçqala merinin həbsi haqda
Mahaçqala meri Musa Musayev barəsində qaldırılmış cinayət işi regionda qayda-qanun yaradılması üçün atılan addımlardan biridir.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Dağıstanın başçısı vəzifələrini müvəqqəti icra edən Vladimir Vasilyev Mahaçqalada keçirdiyi operativ müşavirədə deyib.

"Qarma-qarışıq tikinti, şəhərsalma və sanitar normalarına riayət edilməməsi şəhərin sosial, kommunal, mühəndislik, nəqliyyat və başqa infrastrukturlarının kollapsına gətirib çıxarır. Paytaxtın meri barəsində qaldırılmış cinayət işi bu sahədə qayda-qanun yaradılması üçün atılacaq və ardıcıl olacaq addımlardan biridir və əminəm ki, səmərəli nəticə verəcək", - deyə V.Vasilyev bildirib.

V.Vasilyev əlavə edib ki, bu gün torpaq münasibətləri, şəhərsalma sferaları, xüsusilə paytaxtda, tez-tez "vəzifəli şəxslərin fəaliyyət dairəsindən kənara çıxır”.

Xatırladaq ki, M.Musayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsində (“Yerli özünüidarəetmə orqanı başçısının səlahiyyətlərini aşmaqla ağır nəticələrə səbəb olan əməllər törətməsi”) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir. İstintaq məlumatlarına görə, 2016-cı ilin baharında Mahaçqala meri burada 17.5 min kvadratmetr ərazini əhatə edən torpaq sahəsinin respublikanın mülkiyyətində olduğunu bilə-bilə 1.1 milyon rubla “ASPK” ASC-yə ayrılması ilə bağlı sərəncam imzalayıb.

Halbuki ekspert rəyinə görə, əslində, həmin torpaq sahəsinin bazar qiyməti 81 milyon rubldan çoxdur. Merin bu qərarla qanunu pozduğu və respublika büdcəsinə ağır zərbə vurduğu iddia olunur.

Qeyd edək ki, bazar günü Mahaçqalanın Sovet Rayon Məhkəməsi şəhər merini həbs edib, lakin hələ ona ittiham təqdim olunmayıb.

Onu da qeyd edək ki, M.Musayev özünü təqsirkar saymır.
Xəbəriniz olsun

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

Facebook