Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürüb? - Şok iddiaya cavab

23 yanvar 2018
Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürüb? - Şok iddiaya cavab
Ana Vətən Partiyasının sədri, Millət vəkili Fəzail Ağamalı kulis.az-a müsahibəsində Xudu Məmmədovun ölümündə Zərdüşt Əlizadəni təqsirləndirib. Millət vəkili bildirib ki, Zərdüşt Əlizadə Xudu Məmmədovu əsəbləşdirərək ölümünə səbəb olub:"Xudu Məmmədovla ikinci görüşümüz 1988-ci ilə təsadüf edib. O, elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər. Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi".Qaynarinfo millət vəkilinin iddiasına Zərdüşt Əlizadənin münasibətini öyrənib. O, F.Ağamalının fikirlərinə ironiya ilə cavab verib: "Fəzail Ağamalı özü xalq şahidi kimi iştirak edib, baxırdı. Polisdə ifadə də verib. Mən bıçaqla Xudu Məmmədovun başını kəsmişəm. Fəzail Ağamalı da buna birbaşa şahidlik edib. Amma məni azad etdilər. Çünki Nemət Pənahlı təqdim etdi ki, mən KKB agentiyəm".
Xəbəriniz olsun

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

24.05.2018 - Paşinyan general Movses Akopyanı qovdu

24.05.2018 - Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

24.05.2018 - Gəncə Dövlət Universitetində məzun günü- FOTO

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

23.05.2018 - İbrahimbəyov həbs oluna bilərmi?

23.05.2018 - Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq

23.05.2018 - Avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxartdı - Bakıda dəhşətli hadisə

23.05.2018 - “Qız qaçırma insan oğurluğu deyil” - Deputatdan şok açıqlama

23.05.2018 - “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

23.05.2018 - Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

Facebook