Xədicə İsmayılın ölkədən çıxışına icazə verilmədi

31 yanvar 2018
Xədicə İsmayılın ölkədən çıxışına icazə verilmədi
Bakı Apellyasiya Məhkəməsindı jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə dair məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiya apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, X.İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Bu, ölkədən çıxışla bağlı onun məhkəməyə üçüncü müraciətidir. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib. İttiham olunduğu digər iki maddə – 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.
Xəbəriniz olsun

24.02.2018 - Ziya Bünyadovun qətlinin üstü baş prokurorun kabinetində açılıb - sensasion təfərrüat

24.02.2018 - Qarabağda yeni müharibə anonsu - “Putin Bakıdan möhlət istəyib...”

23.02.2018 - Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal – Harınlığın “yaşıl izi”

23.02.2018 - Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

23.02.2018 - Sumqayıtda gənc oğlanı borca görə döyüb diri-diri basdırdılar...

23.02.2018 - “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

Facebook