Qida Təhlükəsizliyi Agentliyi təhlükəli virusla bağlı açıqlama yaydı

01 fevral 2018
Qida Təhlükəsizliyi Agentliyi təhlükəli virusla bağlı açıqlama yaydı
Qida Təhlükəsizliyi Agentliyi Azərbaycana idxal olunan məhsullarda salmonella bakteriyasının olmaması ilə bağlı açıqlama yayıb.

Agentikdən verilən məlumata görə, beynəlxalq mediada yayılan xəbərlərə əsasən, Birləşmiş Krallıqda Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları salmonella bakteriyasının daşıyıcısı şübhəsi ilə geri çağırılıb.

Birləşmiş Krallıq Mars İrlandiyaya məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” adlı məhsulların satışını təşkil etmiş bütün məntəqələrdən geri götürülməsi ilə əlaqədar qərar qəbul edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının hansı çeşiddə və sayda idxal olunması ilə bağlı araşdırmalara başlayıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, bu qida məhsulları qurumda qeydiyyata alınmayıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Agentliyə verilən məlumata görə, 2017-ci il ərzində adı çəkilən şirkətə məxsus olan hər hansı yükün, o cümlədən “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulların idxalı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb və idxala rəy verilməyib.

“Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib. Buna baxmayaraq, istehlakçıların satış nöqtələri, ictimai iaşə yerləri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri halda Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 (daxili: 249) nömrələrinə məlumat vermələri xahiş olunur”, - deyə məlumatda bildirilir.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook