Elton Məmmədovun 200 min dollarlıq QALMAQALI - "Xaricə aparmağa xeyir-dua verdi”

02 fevral 2018
Elton Məmmədovun 200 min dollarlıq QALMAQALI - "Xaricə aparmağa xeyir-dua verdi”
Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Savash.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Elnur Məmmədov məhkəmədə bildirib ki, təqsirləndirilən şəxs ona 144 min dollar ödəyib. O bildirib ki, qalan məbləği də ödəməyə də cəhd edib: "Şərti osə belədir ki, ölkədən çıxmaq istəyir".

Elnur Məmmədov dəymiş zərərin indi 68 min 500 dollar olduğunu və məhkəməyə bununla bağlı mülki iddia verdiyini söyləyib.

Картинки по запросу K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov

Prosesdə təqdirləndirilən Rövşən Heybətov ifadə verib. O, Elnur Məmmədovla yaxşı münasibətlərinin olduğunu və ona həmişə hörmət etdiyini söyləyib:

"Mənə bir insan kimi həmişə əl tutub. Dəstək olub. Yaxın münasibətimiz olub. Elə oldu ki, iş görmək üçün razılaşdıq. 200 min dollar pul götürdüm. Türkiyədən mal gətirib satacaqdım. Bu pulu alandan sonra Elnurun atası Elton müəllimlə də görüşüb, məsləhətini aldıq. Az pul deyildi. Amma bu iş alınmadı".

R.Heybətov deyib ki, Elton Məmmədovla görüşən zaman ona söz verib ki, nə olursa olsun pulu qaytaracaq: "Demişəm ki, qaytaracam. Amma iş alınmadı. Mənə qarşı orada plan quruldu. Məni vurub, pulumu apardılar. Bu işdə polisin də əli var idi. Məni maşınla vurdular. Amma dedilər ki, belə bir hal baş verməyib və çantam aparılmayıb. İşi araşdırmadılar".

Suallara cavab verən R.Heybətov qeyd edib ki, həmin pulla Türkiyədən tütün gətirəcəkmiş.

R.Heybətov ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib: "Mən dələduzluq etməmişəm. Qətiyyən bu ittihamı qəbul etmirəm. Mən ona borclu qalmaram, qalmayacam da. Allahdan başqa heç kimə borcum yoxdur. Elnur da Türkiyəyə gəldi. Məsələni ona danışdım. Dedi ki, Türkiyədən geri qayıdaq. Bakıya gəldik. Elnur bu məsələni atasına da dedi. Elton müəllim Türkiyənin millət vəkilləri ilə danışıb, bu məsələnin araşdırılmasına çalışacağını dedi".

R.Heybətov təkrar Türkiyəyə qayıtdığını və bir müddət sonra Elnur Məmmədovun ona zəng elədiyini deyib: "Elnur artıq dedi ki, məni polisə verib. Mən də qayıdıb gəldim. Əgər pulu ələ keçirsəydim, qayıtmazdım. Həbs edildim. Pulun bir hissəsini ödədim. Qalan məbləği də ödəməyə söz verdim. Qalan məbləği ödəmək üçün Moskvaya getməliyəm. Orada işim var. Sənədləri imzalayıb, pulu götürməliyəm. Amma razılaşmadılar. Mən də evimi satıb, pulun bir hissəsini ödədim".

Elnur Məmmədov isə məhkəmədə bildirib ki, Rövşən Heybətov Türkiyədə döyülməyib, pulu özü ələ keçirib.

R.Heybətov isə Türkiyədə ona qarşı plan quran şəxslərin kimliyi barədə məlumat əldə etdiyini deyib.

Suallara cavab verən R.Heybətov pulun ələ keçirilməsi ilə bağlı Türkiyədə polisə rəsmi şəkildə müraciət etmədiyini deyib.

Qeyd edək ki, məlumata görə sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.

Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.

Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib.

Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min olduğunu deyib. Rövşən Heybətov isə 150 min ödədiyini deyir.

Qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Xatırladaq ki, jurnalist Fərahim İlqadoğlunun döyülməsində də Elnur Məmmədovun adı keçirdi.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook