Beş uşaq doğun, işiniz düzəlsin - REPLİKA

05 fevral 2018
Beş uşaq doğun, işiniz düzəlsin - REPLİKA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan hökuməti tərəfindən çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli işlər görülür:
"Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, ünvanlı sosial yardım almaq hüququ olduqda 1 yaşınadək uşağı olan aztəminatlı ailələr müavinət ala bilər. 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət ala bilər”.
Necə deyərlər, yaşadıq, daha doğrusu “yaşadılar”. Kimi deyəcəm, beşdən çox uşaq dünyaya gətirib, tərbiyə edən, uçaqlarının hamısı sağ qalan və sonuncusu 1 yaşına çatan qadınları. Necə yaşadılar, həmin uşaqların hərəsinə 30 manat müavinət alaraq. Ta orası alayı söhbətdi ki, bu aztəminatlı ailə yazıq o beş uşağı əkib-becərib, doğub-törədib axrıncısını 1 yaşına gətirənəcən, uşaqların beşinin də və təbii ki, həm də özlərinin sağ qalması şərtilə necə dolanacaq?! Bu uzun prosesə davam gətirmək üçün yəqin ki hər aztəminatlı ailəyə bir sponsor lazım olacaq.
Amma “Bəy verən atın dişinə baxmazlar”, “Uşaq bol olarsa basılmaz Vətən”, “Altda qalanın canı çıxsın”, önyarğılı olmayaq, bütün hümanist ideyaları dəstəkləmək lazımdı. Üstəgəl bu, bir qanundur, quran ayəsi zad deyil, xüsusən qüvvəyə təzəcə minən qanunda vətəndaş üçün xeyli anlaşılmazlıq olması təbiidir. Necə ki, bu məsələdə də yox deyildir. Məsələn, hələ məlum deyil, bu qanun ancaq aztəminatlı ailələrin doğub-törəməsinə xidmət edir, ya yox, yəni əgər bu vədə şirnikən çoxtəminatlı ailə olarsa həmin müavinəti ala biləcəkmi? Ya da sonuncusu 1 yaşına çatana qədər böyük uşaqlar artıq 18 yaşını tamamlasalar, vəziyyət necə olacaq? Yaxud, beş uşaq dünyaya gətirib, amma onu tərbiyə etməyə gücü çatmayan qadınlara da bu qanun şamil edilirmi, və sair və ilaxır.
Sonda bütün ümidsiz proqnozları bir kənara qoyub, stəkanın dolu tərəfindən baxaraq, gələcəkdə beş uşaq dünyaya gətirib tərbiyə etməyi düşünən bütün qadınlarımızı təbrik edirik. Molla Nəsrəddinin o məşhur lətifədə dediyi kimi: Nə gülürsünüz, deyəsən işiniz düzəlib”.
Elvira
Savash.org
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook