Vanqa yadplanetlilərlə görüşü haqda nələr deyib?

27 noyabr 2014
Vanqa yadplanetlilərlə görüşü haqda nələr deyib?1995-ci ildə Vanqanın ölümündən bir müddət öncə əcnəbilərin yer kürəsinə gələcəkləri barədə Bolqarıstanda şayiələr dolaşır. Ekstrasenslərdən biri kosmosdan gələnlərlə görüşəcəyini və buna hazırlaşdığını deyir. Lakin…

Axar.az xəbər verir ki, məhz illər öncə görücü Vanqa Yunanıstanda kosmosdan siqnal alınacağını, Marsdakı müstəmləkənin yeni dövlətə çevriləcəyini və Yer kürəsindən azadlıq tələb edəcəklərini bildirmişdi.

1979-cu ildə Vanqa dünyanı maraqlandıran yadplanetlilərin necə və hansı formada olmaları ilə bağlı bunları söyləmişdi:

“Mən artıq bir ildir ki, onları görürəm. Onlar şəffafdırlar və insanın suda görünən əksinə bənzəyirlər. Onların balıq dərisinə oxşayan paltarları zirehi xatırladır. Yadplanetlilərin içərisində, deyəsən, qadınlar da var. Saçları dəniz yosununa oxşayır və ördək tükü kimi yumşaqdır. Bəzən onların kürəyində qana bənzər nəsə olur. Çox vaxt Petriçdə evimə qayıdanda mən onları otaqlarda oturan görürəm. Onlarla danışıram. Hərdən uzaqdan, darvazaya çatmamış uzun səslər, melodiya eşidirəm. Elə bil, kilsə xorudur”.

İllər sonra, 1995-ci ildə Vanqanın ölümündən bir müddət öncə əcnəbilərin yer kürəsinə gələcəkləri barədə Bolqarıstanda şayiələr dolaşır. Ekstrasenslərdən biri kosmosdan gələnlərlə görüşəcəyini və buna hazırlaşdığını deyir. Lakin təyin olunmuş vaxtda başqa bir planetdən heç kim gəlmir.

Bir neçə həftə sonra bolqar jurnalistlər hadisə ilə bağlı Vanqadan müsahibə alırlar:

- Yadplanetlilərin dünyaya gələcəyi barədə ajiotajı xatırlayırsız?

- Xatırlayıram, amma onları görmək mümkün deyil. Onlar dünən gecə yalnız məni görməyə gəldilər və qapının önündə durdular.

- Qorxdunuz?

- Nə qorxu? Biz danışdıq, çox gözəl idi və onlar itdi.

- Başqası onları gördü?

- Onlar yalnız mənimlə görüşmək üçün gəlirlər.

- Yadplanetlilər haradan gəlmişdi?

- Onlar Vamfim planetindən gəlirlər və o, Yer kürəsindən sonra üçüncü planetdir. Yadplanetlilər böyük bir hadisəyə hazırlaşırlar, amma hadisənin necə olacağının izahı yoxdur.

- Bəs digər sivilizasiyaların nümayəndələri ilə görüş olacaq?

- Bəli. 200 il sonra…
Xəbəriniz olsun

22.01.2018 - Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı - REPORTAJ

22.01.2018 - İtkin düşən alpinistlərdən nə xəbər?

22.01.2018 - Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

21.01.2018 - Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

21.01.2018 - Təhsil nazirinin müavini Vergilər Nazirliyində yüksək vəzifə aldı

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

Facebook