Deputatlardan növbədənkənar seçkiyə ilk reaksiya - "Yəqin ki..."

05 fevral 2018
Deputatlardan növbədənkənar seçkiyə ilk reaksiya - "Yəqin ki..."
“Bu il seçki ilidir. Onun apreldə, yaxud oktyabr ayında keçirilməsinin elə bir əhəmiyyəti yoxdur. Əksinə, seçkini vaxtından əvvəl keçirməklə Azərbaycanda seçkidə iştirak etmək istəyən bütün qüvvələrə seçkiyə hazırlıq platformasını tətbiq etmək üçün şərait yaradılır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında YAP-çı deputat Aydın Mirzəzadə Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsindən danışarkən deyib. O qeyd edib ki, 2018- ci il Azərbaycanda şanlı bir yubileydir:

“Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. İl ərzində bununla bağlı çoxsaylı yüksək səviyyədə dövlət tədbirləri keçiriləcək. Prezident seçkilərinin yubileyə qədər keçirilməsi yeni prezidentin səlahiyyəti müddətində baş tutacaq. Bu yeni yüzilliyə yeni proqramla, baxışlarla Azərbaycanın güclənməsi üçün böyük planlarla qədəm qoymasına şərait yaradacaq”.

Deputat Fazil Mustafa isə qeyd edib ki, prezidentin son referendumda edilən dəyişikliyə görə növbədənkənar seçki təyin etmək səlahiyyəti var: “Yəqin ki, seçkinin növbədənkənar təyin edilməsinin izahı olacaq. Bildiyiniz kimi, artıq prezidentlik müddəti 7 ildir.

Bundan öncə də belə təkliflər var idi ki, 2025- ci ildə keçiriləcək parlament seçkiləri ilə prezident seçkiləri üst-üstə düşməsin deyə vaxtının dəyişilməsi nəzərdə tutulurdu. Ola bilsin ki, gələcəkdə bu məqsədə görə belə bir vaxt təyin olunub”.
Xəbəriniz olsun

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

Facebook